BORÇALI BÖLGƏSİNDƏ “ÖZÜNÜİDARƏ ORQANLARI HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNUB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli - Borçalı bölgəsinə daxil olan rayonların və kəndlərin yerli özünüidarə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Bölgənin inzibati mərkəzi Rustavidə çağırılan müşavirədə Gürcüstan parlamentinin çoxluğu tərəfindən hazırlanmış “Özünüidarə orqanları haqqında” qanun layihəsi müzakirə olunmuşdur. İştirakçılar layihəyə öz münasibətini bildirmiş, ümumilikdə, onu məqbul saymışlar.
Müşavirədə bölgənin özünüidarə milli assosiasiyasının birillik fəaliyyəti də müzakirə olunmuş, assosiasiyanın işi qənaətbəxş qiymətləndirilmişdir.