Botanika İnstitutu aliminin Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyəti
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycanda elm və təhsilin vəhdəti sahəsində son illərdəki uğurlu fəaliyyət özünü məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında uğur qazanmasında da göstərir. Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti, cari ildə təşkil olunan 32-ci Beynəlxalq Biologiya Olimpiadasında iştirakı barədə məlumat verib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, Rəşad Səlimov milli komandamızın bilik yarışına nəzəri və praktik hazırlığında təmsil etdiyi elmi müəssisənin də töhfə verdiyini söyləyib.
Xatırladaq ki, iyulun 18-23-də Portuqaliya tərəfindən onlayn şəkildə təşkil edilən və 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Rəşad Səlimovun rəhbərliyi, alim və mütəxəssislərin elmi dəstəyi ilə məktəblilərimiz uğurlu nəticə göstərib. Belə ki, Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən 4 məktəblimiz 2 qızıl və 2 bürünc medala layiq görülüb.