Botanika İnstitutunun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər
Bakı, 27 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, dosent Elman Yusifov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İsmayıl Cəfərli Çin Xalq Respublikasının Yunnan vilayətinin Kunminq şəhərində keçirilən beynəlxalq treninq kurslarında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kurslar kəskin azalmış bitki populyasiyalarının, nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin effektiv mühafizəsinin prinsiplərinə, nadir növlərin toxum kolleksiyası texnologiyalarına, nəsli kəsilməkdə olan növlərin toxuma kulturaları vasitəsilə sürətli çoxaldılması və s. aktual mövzulara həsr edilib.
Sonda hər iki mütəxəssis beynəlxalq sertifikata layiq görülüb.