BÖYÜK BRİTANİYADA “SARA XATUN” AZƏRBAYCANLI QADINLAR CƏMİYYƏTİ YARADILMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Londonda “Sara Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyəti fəaliyyətə başlamışdır.
Azərbaycanlı Gənclər Klubunun həmsədri Simuzər Baloğlanovanın təşəbbüsü ilə yaradılmış qurumun məqsədi Böyük Britaniyada yaşayan və ictimaiyyətin yaxşı tanıdığı qadınları bir yerə toplamaq, Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqeyi beynəlxalq aləmə çatdırmaqdır. Azərbaycanın ilk diplomat qadını Sara Xatunun həyat və fəaliyyətinin təbliği məqsədilə kitabçaların nəşr edilməsi və ingilis dilində internet saytın hazırlanması da görüləcək işlər sırasındadır. Eyni zamanda, yeni yaradılan cəmiyyət müxtəlif ölkələrdə yaşayan azərbaycanlı qadınların həmin dövlətlərin ictimai-siyasi həyatında iştiraka cəlb edilməsinə və onların daha da fəallaşmasına yardım göstərəcəkdir.
Cəmiyyət gələcəkdə İngiltərədə yaşayan azərbaycanlı qadınların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif layihələr reallaşdırmağı da nəzərdə tutur.
“Sara Xatun” Böyük Britaniyada ictimai fəaliyyətlə məşğul olan türk və digər icmaların qadın təmsilçiləri ilə əməkdaşlıq edəcəkdir. Bu məqsədlə yaxın günlərdə türk diaspor təşkilatları ilə birgə fəaliyyət haqqında razılaşma əldə ediləcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]