Böyük Britaniyada yüzlərlə qanunsuz işçi saxlanılıb
London, 10 fevral, AZƏRTAC
Böyük Britaniyada qanunsuz işləyən miqrantlara qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində yüzlərlə şəxs saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təkcə yanvar ayında 828 obyektdə reyd keçirilib və 609 miqrant saxlanılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz çoxdur.
Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarda reydlərin əksəriyyəti restoran, kafe və fast-food obyektlərində təşkil olunub. Paytaxt Londonun cənubundakı bir ərzaq anbarında da saxlanılanlar olub. Rəsmilər bildirirlər ki, saxlanılanların bir hissəsi Böyük Britaniyada yaşamaq və işləmək imkanları ilə bağlı saxta vədlərə inanaraq La-Manş boğazından keçənlər, digərləri isə vizalarının müddəti bitdikdən sonra ölkədə qalanlardır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]