Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük fəlakətin ikinci ildönümü və ya Yaponiya faciəsinin acı dərsləri

Tokio, 9 mart (AZƏRTAC). Yaponiyada 2011-ci il martın 11-də baş vermiş böyük fəlakətdən keçən iki il onun dərslərini daha dərindən dərk etmək üçün geniş şərait yaratdı. Xüsusən “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza Yaponiyanın bütün siyasi sistemində çoxdan yaranmış böhranı qabartmaqla onun əsaslı islahatlara ehtiyacı olduğunu göstərdi. Ən əsas dərs isə seysmik fəallığı ilə seçilən ölkədə atom enerjisinin təhlükəsizliyi barədə mifin aradan qalxması oldu.

Ədalət naminə deyək ki, ötən iki il ərzində fəlakətin nəticələrinin aradan qaldırılması üçün az iş görülməmişdir - tullantıların ləğv edilməsi, dezaktivasiya işlərinin aparılması və istehsal güclərinin bərpası istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdur. Lakin fəlakətin yaratdığı daha böyük problemlərin həlli üçün on illər lazım olacaqdır. Ancaq bir şey məlumdur: ölkə “Fukusimadan sonrakı dövr”ə qədəm qoymuşdur və bu, cəmiyyətin həyatına keyfiyyətcə yeni münasibətlər gətirməkdədir.

Özündə Rixter cədvəli üzrə 9 bal gücündə zəlzələni, nəhəng sunamini və “Fukusima-1” AES-də qəzanı birləşdirən “üçqat fəlakət” özünün xarakterinə, dağıdıcı gücünə və nəticələrinin əhatəsinə görə görünməmiş faciə idi. Bu fəlakət nəticəsində 16 minədək insan həlak olmuş, 3 mindən çoxu xəbərsiz itkin düşmüşdür. Faciə zonasından 80 min nəfər təxliyə edilmişdir.

Fəlakətdən ötən dövr ölkənin siyasi rəhbərliyinin zəifliyini nümayiş etdirdi. Bu, xüsusən faciənin ilk aylarında, qəbul edilən qərarların operativliyi və dəqiqliyi tələb edilən vaxt özünü qabarıq göstərdi. Siyasilərin hərəkətləri məmurların fəaliyyətində çox zaman çaşqınlığa və səhvlərə səbəb oldu. Məsələn, 2011-ci ilin iyulunda Baş nazir N.Kan AES-də təhlükənin həddi barədə tabeliyində olan nazirin bir ay əvvəlki bəyanatını təkzib etmişdi.

Fukusima faciəsi ölkədə siyasi sistemin çoxdan yetişmiş böhranını daha da dərinləşdirərək, onun qüsurlarını açdı və köklü islahatlara kəskin ehtiyac olduğunu göstərdi. Hökumətin atdığı addımlar isə mövcud tələblərdən geri qaldı. Baş nazir qəzanın nəticələri ilə məşğul olacaq nazirin təyinatını həddindən çox gecikdirdi, həmin vəzifəyə təyin edilmiş siyasətçi isə yersiz replikasına və hərəkətinə görə qısa müddətdən sonra istefaya göndərildi. Hökumət bərpa işlərini - konkret tədbirləri, icraçıları, vaxtı, maliyyə mənbələrini, bərpa zonasının sərhədlərini və digər vacib məsələləri özündə əks etdirən əsas sənədi böyük gecikmə ilə 4,5 ay sonra qəbul etdi. Yalnız 2012-ci ilin fevralında, qəzadan təxminən bir il sonra hökumət öz tərkibində bərpa işləri ilə məşğul olacaq xüsusi idarənin yaradılmasını başa çatdıra bildi. Bu idarə ayrı-ayrı təşkilatların dağınıq fəaliyyətini əlaqələndirməli idi. Yeri gəlmişkən xatırladaq ki, 1923-cü il sentyabrın 1-də baş vermiş və Yaponiya paytaxtında böyük dağıntılara səbəb olmuş Kanto zəlzələsindən sonra həmin idarə cəmi 4 həftə ərzində təşkil edilmişdi.

Milli böhran zamanı parlamentdə hakim partiya ilə müxalifət arasında kəskinləşən yersiz qarşıdurma da ciddi problemlər yaratdı. Bərpa işləri ilə əlaqədar ciddi tələbat duyulan əlavə büdcə böyük gecikmə ilə təsdiq edildi. Bütün bunlar cəmiyyətdə ümidsizliyi və siyasi hakimiyyətə qarşı inamsızlığı artırdı. 2012-ci ilin əvvəllərində hökumətin reytinqi 30 faizdən aşağı düşdü. Bu baxımdan Fukusima faciəsi ölkədə yetişmiş siyasi böhranı daha da dərinləşdirərək onun nöqsanlarını qabarıq şəkildə göstərdi və bu sahədə islahatların zəruriliyini tam kəskinliyi ilə ortaya qoydu.

“Fukusima-1” AES-dəki qəzanın növbəti dərsi isə seysmik təhlükəli zonada yerləşən ölkədə atom energetikasının təhlükəsizliyi barədə mifin aradan qalxması oldu. On illər ərzində ölkənin enerji şirkətləri yaponları inandırırdılar ki, vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur. Qəza isə göstərdi ki, fəlakət həmişə gözlənilməzdir və insanlar bütün texniki uğurlara baxmayaraq, həmişə onun qarşısında acizdir. İndi Yaponiya bütün dünyaya atom enerjisinə istiqamətlənmiş dövlətin elektrik enerjisi istehsalının yeni sistemini qurmasının və enerji çatışmazlığı böhranından çıxmağın yollarını göstərmək məcburiyyətində qalmışdır. Bu, bütün dünyada analoqu olmayan çox böyük vəzifədir.

Yaponiyada ötən ilin dekabrında hakimiyyətə qayıtmış Liberal-Demokratik Partiyanın rəhbərliyi məsləyə daha ciddi yanaşaraq, qəti addımlar atmaqdadır. Yeni Baş nazirin təyinatından ötən bir ayda iki dəfə qəza zonasına səfər etməsi, cari maliyyə ilində bərpa işləri üçün əlavə büdcənin sürətlə təsdiqi bunu deməyə əsas verir.

AES ətrafının tullantılardan təmizlənməsi, yolların, binaların dezaktivasiyası və radioaktiv tullantıların ləğvi istiqamətində ciddi irəliləyiş əldə edilmişdir. Lakin vəzifənin nəhəng ölçüsünü də qəbul etmək lazımdır. Belə ki, sunamidən sonra rekord miqdarda - 22,5 milyon ton tullantı əmələ gəlmişdir. Məsələni çətinləşdirən digər məqam bu tullantıların radiasiyaya məruz qalmasıdır. Mərkəzi hökumət Yaponiyanın yerli hakimiyyət orqanlarına ziyan çəkmiş rayonlardan qismən az radiasiyalı tullantıları qəbul etməyi xahiş etmişdir. Lakin bələdiyyələrin əksəriyyəti ərazilərinin kifayət qədər olmadığını bildirərək imtina etmişlər.

Digər problem isə böyük miqdarda radioaktiv maddələrin dənizə axması və kənd təsərrüfatı məhsullarına sirayət etməsidir. Nəticədə AES-ə yaxın prefekturalarda yerləşən fermer təsərrüfatları, balıqçılar məhsullarını reallaşdırmaq problemi ilə qarşılaşmışlar. Bu, fermerlərin rifah halına mənfi təsir göstərərək, əlavə sosial problemlər yaradır, zərər çəkmiş rayonlarda vəziyyəti daha da ağırlaşdırır.

Məcburi köçkünlərin yerləşdirilməsi məsələsi də kəskin problem olaraq qalmaqdadır. Bərpa işləri üçün ayrılmış əlavə büdcə onların məskunlaşmasının yaxşılaşmasına yalnız bir neçə ildən sonra imkan yaradacaqdır.

Faciənin ilk günlərindən beynəlxalq ictimaiyyətin göstərdiyi dəstəyi Yaponiyada böyük minnətdarlıq hissi ilə qeyd edirlər. Fəlakətin lap başlanğıcında dünyanın bir çox ölkələrindən gələn xilasedici qruplar burada çox iş görmüşlər. ABŞ hərbçiləri Yaponiyanın özünümüdafiə qüvvələri ilə birlikdə miqyasına görə görünməmiş “Tomodati” əməliyyatını uğurla başa çatdırmışlar. Bu əməliyyat nəticəsində böyük miqdarda dağıntılar təmizlənmiş, qırıntıların altında qalmış meyitlər çıxarılmış, humanitar yardımlar lazımi yerlərə çatdırılmış və digər zəruri işlər görülmüşdür. Fəlakətin ilk bir ili ərzində Yaponiyaya dünyanın 126 ölkəsindən hökumət xətti ilə 17,5 milyard yen (təqribən 220 milyon dollar), Qızıl Xaç Cəmiyyətinin xətti ilə isə 57,5 milyard yen (təxminən 720 milyon dollar) yardım daxil olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yaponiyaya göstərilmiş bir milyon dollar məbləğində yardımı burada minnətdarlıq hissi ilə xatırlayırlar.

Faciənin bir illiyinə həsr edilmiş mərasimdə çıxış edən İmperator Akihito Yaponiyaya humanitar yardım göstərən, xilasedicilər göndərən bütün ölkələrə dərin minnətdarlığını bildirmişdir. Təbii fəlakətlə mübarizədə nadir təcrübəyə malik olan Yaponiya bu sahədə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri BMT-nin himayəsi altında təbii fəlakətlərin nəticələri ilə mübarizəyə həsr ediləcək və 2015-ci ildə keçiriləcək beynəlxalq konfrans olacaqdır.

Fəlakət göstərdi ki, faciəyə qədər potensial təbii fəlakətin miqyası barədə hesablamalar çox optimist olmuşdur. Faciədən sonra Baş nazirin sədrliyi ilə yaradılmış təbii fəlakətlərin qarşısının alınması üzrə Mərkəzi şura 2011-ci ilin payızında əvvəllər güman edildiyindən daha dağıdıcı zəlzələ və sunaminin proqnozlaşdırılmasına əsaslanan tövsiyələrlə çıxış etdi. Burada paytaxtda baş verə biləcək ən güclü zəlzələnin 11 min insanın məhvinə və 112 trilyon yen məbləğində iqtisadi zərərə səbəb ola biləcəyi barədə ssenari nəzərdə tutulmuşdu.

Hazırda Yaponiya hökuməti tərəfindən ehtiyatlardan səmərəli istifadə etməklə təhlükəli obyektlərin istismardan çıxarılması xətti götürülmüşdür. İtkilərin yerini doldurmaq üçün karbohidrogenlərin idxalının artırılması və ekotəhlükəsiz təbii qazdan istifadə, həmçinin bərpa olunan enerji mənbələrinin sürətli inkişafı nəzərdə tutulur. Dağılmış ərazilərdə yeni şəhərlərin və qəsəbələrin tikintisi 2011-ci il martın 11-də baş vermiş fəlakətin acı təcrübəsi nəzərə alınaraq aparılır. Yeni yaşayış binalarının tikintisinin müasir texnoloji nailiyyətlərdən istifadə edərək hündür yerlərdə aparılması planlaşdırılır. Daha möhkəm əlavə dalğaqıranların inşası, seysmik davamlı infrastruktur obyektlərinin, məktəb, xəstəxana və digər ictimai qurğuların tikilməsi nəzərdə tutulur. Bundan əlavə, fəlakət zamanı hərəkətlə əlaqədar əhalini məlumatlandırmaq üçün yeni təxliyə sxemlərinin yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin bir çox rayonlarında mülki müdafiə ilə bağlı təlimlərin təşkili planlaşdırılır.

Eyni zamanda, 2011-ci ilin martında olduğu kimi, “üçqat fəlakətin” baş verməsi zamanı mümkün ssenarilər də məşq edilir. Təbii fəlakətin kütləvi yanğınla, zəhərli maddələrin ətraf mühitə axması, ictimai nəqliyyatın sıradan çıxması ilə nəticələnə biləcək variantları da diqqətdən keçirilir. Belə hal baş verə biləcəyi təqdirdə xilasedici xidmətin, polisin, özünümüdafiə qüvvələrinin və vətəndaşların fəaliyyətinin əlaqələndirilməsi planlaşdırılır. Həmin vaxt “zərərin minimuma endirilməsi” konsepsiyasına xüsusi diqqət yetirilir.

11 mart fəlakəti yüksək seysmik fəallığı ilə seçilən ölkədə atom enerjisinin prioritet inkişafı ilə bağlı siyasətin yararsızlığını da göstərdi. Faciəyə qədər elektrik enerjisinin inkişafı ilə bağlı uzunmüddətli planlar 2030-cu ilədək AES-lərin payını 30 faizdən 50 faizədək artırmağı nəzərdə tuturdu. İndi isə yeni AES-lərin inşasından imtina və mövcud olanların zaman-zaman istismardan çıxarılması xətti götürülmüşdür. İtkilərin yerini doldurmaq üçün karbohidrogenlərin idxalının artırılması və ekotəhlükəsiz təbii qazdan istifadə, həmçinin bərpa olunan enerji mənbələrinin sürətli inkişafı nəzərdə tutulur.

Bu istiqamətdə isə problem mövcud texnologiyalar əsasında tamamilə “təmiz mənbələr”in yaradılmasının qeyri-mümkünlüyüdür. Digər tərəfdən işin enerji daşıyıcılarının idxalı üzərində qurulması Yaponiya ilə dünyanın Çin, Hindistan və digər inkişafda olan iqtisadiyyatları arasında ciddi mübarizəyə səbəb olacaqdır. Bu da öz növbəsində enerji daşıyıcılarının qiymətinin artmasına gətirib çıxaracaqdır.

Zərər çəkmiş rayonlar ölkənin iqtisadi potensialında mühüm yer tutmasa da (ÜDM-in təqribən 2,5 faizi), dağıntıların miqyası bütün iqtisadiyyata təsir göstərərək onun inkişaf tempini zəiflətdi. Zəlzələ və sunamidən dəyən ümumi zərər ÜDM-in 3,5 faizi qədər qiymətləndirilir. 2011-ci ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərən digər amil yenin kursunun artması, həmçinin AES-lərin dayandığı bir şəraitdə sıxılmış qazın idxalının çoxalması oldu. 2012-ci ilin yanvarında Yaponiya 1980-ci ildən bəri ilk dəfə cari əməliyyatların balansında kəsirlə qarşılaşdı.

Yaponiya “Fukusimadan sonrakı dövr”ə qədəm qoydu ki, bu da ictimai həyatın bütün sahələrində keyfiyyətcə yeni parametrlərlə xarakterizə ediləcəkdir. Zərər çəkmiş rayonlarda avtomobillərin elektron hissələrinin müəyyən komponentlərinin istehsalı üzrə ixtisaslaşmış müəssisələr yerləşdiyinə görə, ölkənin bütün avtomobil sənayesinə güclü zərbə dəydi. Buna baxmayaraq, kollaps baş vermədi. Hər şey müəyyən hissələrin çatdırılmasında kiçik fasilələrlə başa çatdı ki, bu da yapon iqtisadiyyatının yüksək adaptasiya olunmaq qabiliyyətini təsdiq etdi. Mühüm olan daha bir məqam hökumətin zərər çəkmiş rayonların əsas infrastruktur obyektlərini - qaz, su, elektrik enerjisi təminatı müəssisələrini, avtomobil və dəmir yolu magistrallarını, aeroport və dəniz limanlarını tam bərpa etməsi oldu.

Bəziləri güman edirdilər ki, faciə Yaponiyaya güclü səfərbəredici təsir göstərərək yeni inkişafa təkan verəcək və uzun müddət davam etmiş iqtisadi tənəzzülü dayandırmağa imkan yaradacaqdır. Bu barədə danışmaq hələ tez olsa da, bir şey məlumdur: Yaponiya “Fukusimadan sonrakı dövr”ə qədəm qoydu ki, bu da ictimai həyatın bütün sahələrində keyfiyyətcə yeni parametrlərlə xarakterizə ediləcəkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır