Böyük Giza ehramından insanlara "Evdə qal" mesajı
Qahirə, 2 aprel, AZƏRTAC
Misirin Turizm və Hotellər Holdinqi yeni növ koronavirus qurbanları ilə həmrəylik əlaməti olaraq Böyük Giza ehramında - ehramların və sfinksin fonunda gecələr qırımızı rəngə bürünmüş "Evdə qal" mesajı olan işıqlandırma sistemi quraşdırıb.
AZƏRTAC xəbər verir ki, Misirin Qədim Abidələr və Turizm Nazirliyi yerli sakinlərə və turistlərə səyahətlərini təxirə salmaq və evlərində qalmaqla bağlı çağırış edib. Nazir Xalid Anani qeyd edib ki, ehramların mesajı gələcək günlər naminə insanları öz sağlamlığını qorumağa səsləyir. Böyük Giza ehramının üzərində ingilis və ərəb dillərində yazılmış "Evdə qal", "Özünü qoru" və "Bizim təhlükəsizliyimizi qoruyanlara eşq olsun" sözləri bir-birini əvəz edir.
Ehramların ən nəhəngi olan və dünyanın yeddi möcüzəsindən biri hesab edilən Böyük Misir ehramı, həmçinin Xufu ehramı adı ilə də tanınır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]