bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri 1,1 milyard dolları ötüb
Bakı, 6 noyabr, AZƏRTAC
Cari ilin üçüncü rübündə bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 milyard 167,5 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 4,6 faiz çoxdur.
AZƏRTAC bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bp yerli tərəfdaşı olan birgə müəssisələr (15 müəssisə üzrə) çərçivəsində 469 milyon dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (75 şirkət üzrə) 267,5 milyon dollar xərcləyib.
Bundan başqa, hesabat dövründə bp-nin 222 kiçik və orta müəssisə üzrə xərcləri 378,8 milyon dollar, 39 dövlət şirkəti üzrə xərcləri isə 52 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]