BP Qazaxıstandakı neft layihələrindən çıxıb
Bakı, 10 mart, AZƏRTAC
Enerji nəhəngi BP şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda BP-nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.
Qeyd edək ki, BP 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu qeyd edilir.
COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.
BP ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini açıqlayıb və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]