bp şirkətinin nümayəndəsinə Şıxzəhirli vulkanının zəlzələlərlə əlaqəsinə dair materiallar təqdim olunmuşdur
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları tərəfindən Qobustan rayonundakı Şıxzəhirli vulkanının püskürməsinin qeydə alınması xarici ölkələrin mütəxəssisləri tərəfindən də maraqla qarşılanmışdır.
Bununla bağlı bp şirkətinin struktur geologiya üzrə mütəxəssisi Qulyamo Bakke RSXM-in monitorinq mərkəzində olmuşdur.
RSXM-in baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə keçirilən görüşdə qonağa Şıxzəhirli vulkanının püskürməsi zamanı çəkilən video və onun zəlzələlərlə əlaqəsinə dair materiallar təqdim olunmuşdur.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tərəflər palçıq vulkanları ilə zəlzələlər arasındakı əlaqələrin öyrənilməsi istiqamətində birgə əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.
Görüşdə AMEA-nın Geologiya İnstitutunun nümayəndələri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]