Braziliya ciu-citsu döyüş sənəti ilə məşğul olan idmançıların kəmər dərəcələri yoxlanılıb
Bakı, 15 may, AZƏRTAC
Bakıda Braziliya ciu-citsu döyüş sənəti üzrə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarda 100-ə yaxın idmançı iştirak edib.
Döyüş sənətinin Azərbaycandakı nümayəndəsi Taleh Həsənov tərəfindən keçirilən seminar çərçivəsində imtahanlar verilib, müxtəlif dərəcələr alınıb.
Bundan başqa, seminarda məşqçilərin uşaqlara qarşı münasibət və davranışları da müzakirə edilib. Onlara uşaqlarla yumşaq davranmaq, düzgün təlim-tərbiyə keçmək tövsiyə olunub.
Tədbirdə idmançılar fəndlər göstərdikdən sonra onların kəmər dərəcələri yoxlanılıb. Seminarda azyaşlılarla yanaşı, məşqçilərə də təlim keçirilib.