Braziliya COP30 zamanı kruiz gəmilərindən mehmanxana kimi istifadə edəcək
Bakı, 18 iyul, AZƏRTAC
Braziliyanın hökumət orqanları noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində məhdud mehmanxana yerlərini kompensasiya etmək üçün iki kruiz gəmisini icarəyə götürəcək.
AZƏRTAC xəbər verir ki, ölkənin “Embratur” rəsmi turizm agentliyinin məlumatına görə, tədbir zamanı Belem limanında lövbər salacaq “MSC Seaview” və “Costa Diadema” adlı kruiz gəmiləri qonaqlara ümumilikdə 6 min çarpayı yeri təqdim edəcək.
Amazon bölgəsində yerləşən Belem şəhəri COP30 konfransının təşkilində ciddi logistik çağırışlarla üzləşib. Noyabrın 10-21-də baş tutacaq tədbirə təxminən 200 ölkədən 50 min iştirakçının, o cümlədən dövlət və hökumət başçılarının, qeyri-hökumət təşkilatlarının və ekoloji fəalların qatılacağı gözlənilir.
Yaşayış planına gəmilərlə yanaşı, hotellər, kirayə mənzillər, müvəqqəti sığınacaqlar və hətta müvafiq məqsədlər üçün uyğunlaşdırılacaq məktəb binaları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]