Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti Azərbaycandakı qeyri-adi restorandan bəhs etmişdir
London, 11 may (AZƏRTAC). Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti Azərbaycanın Quba rayonunda qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri-adi restorandan bəhs etmişdir.
Məqalədə restoran haqqında ətraflı məlumat verilmiş, Rusiya istehsalı olan “TU-134B” markalı təyyarənin qalığından istifadə edildiyi bildirilmişdir.
Yazıda, həmçinin restoranın sahibi, iş adamı Natiq Bəkmirzəyevin fikirlərinə yer verilmişdir. Onun sözlərinə görə, qeyri-adi restoranın yaradılmasının əsas məqsədi bol müştəri toplamaq və yaxşı gəlir əldə etməkdir. Qubanın Qələdüz kəndi dağ turizmi üçün əlverişli şəraitə malik olduğundan “Təyyarə restoran”a turistlərin böyük axın edəcəyi gözlənilir. Eyni zamanda, Azərbaycana məxsus təyyarəni görənlərin ölkəmizə səyahət üçün həvəslənəcəyi də ehtimal olunur.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.dailymail.co.uk/travel/article-2624446/The-strangest-restaurant-world-Azerbaijan-opens-dilapidated-plane-eatery.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]