BRÜSSELDƏ AVROPADA TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN İKİNCİ FORUMU İŞƏ BAŞLAMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 14-də Brüsseldə Avropada təhsil alan azərbaycanlı tələbələrin ikinci Forumu işə başlamışdır.
Avropa Parlamentinin binasında keçirilən forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Avropa İttifaqı və Avropa Şurası yanındakı nümayəndəliklərinin rəhbərləri Emin Eyyubov və Arif Məmmədov, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi və digər rəsmi şəxslərlə yanaşı, Azərbaycandan gəlmiş gənclər təşkilatlarının nümayəndələri də iştirak edirlər.
E.Eyyubov Avropada təhsil alan azərbaycanlı tələbələrin bir yerə toplanıb fikir mübadiləsi aparmasının mühüm hadisə olduğunu qeyd etmişdir.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Avropada təhsil alan azərbaycanlı tələbələrin fəallığını yüksək qiymətləndirmişdir. O, Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın getdikcə daha da genişləndiyini və inkişaf etdiyini qeyd etmiş, Avropada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan ilə Avropa arasında xüsusi körpü rolu oynadığını vurğulamışdır.
Gənclər və idman naziri Azad Rəhimov belə forumların Azərbaycanın Avropada tanıdılmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışdır. Forumun fəaliyyətini yüksək qiymətləndirən nazir, diaspor və lobbiçilik fəaliyyətlərində də gənclərin fəallıq göstərməsinin əhəmiyyətinə toxunmuşdur.
Üç gün davam edəcək Forum çərçivəsində Avropa Parlamentində və NATO-da müxtəlif görüşlər keçiriləcək, konfranslar təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]