Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü qeyd olunacaqdır
Bakı, 15 oktyabr (AZƏRTAC). Oktyabrın 20-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə “20 illik Azərbaycan və gələcək imkanlar” mövzusunda konfrans keçiriləcəkdir.
AAC-dən AZƏRTAC-a bildirmişlər ki, konfransda Avropa Parlamentinin üzvləri, Belçika ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edəcəklər.
Tədbirdə dövlət müstəqilliyimizin bərpasının tarixi, 20 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolu, əldə edilmiş nailiyyətlər və uğurlardan danışılacaqdır. Həmçinin iştirakçılara ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]