Brüsseldə “Dostluq qazansın” devizi ilə şahmat turniri keçirilib
Brüssel, 24 fevral, AZƏRTAC
Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi və “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Brüsseldə “Dostluq qazansın” adlı beynəlxalq şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə 7 ölkədən 50-yə yaxın şahmatçı iştirak edib. Oyunlar 8-16 yaş arası uşaqlar və böyüklər üçün 2 fərqli qruplarda keçirilib.
Azərbaycan, Türkiyə, Belçika, Qazaxıstan, Polşa, Livan və digər ölkələrdən şahmatsevərlərin iştirak etdiyi oyunu Belçikada yaşayan azərbaycanlı şahmat mütəxəssislərindən ibarət münsiflər heyəti nəzarət edib.
Müxtəlif səviyyəli qruplar arasında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan şahmatçılar qalib olublar.
Yarışların sonunda iştirakçılara diplom və medallar, qaliblərə isə xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, “Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində ənənəvi olaraq ildə bir dəfə şahmat turniri təşkil edir.