BŞTİ: 24 məzun qızıl və gümüş nişana layiq görülüb
Bakı, 24 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (2 nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (4 nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]