Bu gün Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək
Bakı, 11 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək tura “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Sumqayıt” oyunu ilə start veriləcək. Oyun saat 19:00-da başlayacaq.
Günün ikinci görüşü “ASK Arena”da baş tutacaq. “Keşlə” öz meydanında “Qarabağ” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Turun digər oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək. “Zirə” komandası “Səbail”in qonağı olacaq. Matç saat 19:00-da başlayacaq.
Çempionatın ikinci turuna sentyabrın 13-də “Sabah” və “Qəbələ” komandaları arasındakı oyunla yekun vurulacaq. “Bank Respublika Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Birinci turdan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi” klublarının aktivində üç xal var. “Qəbələ” və “Zirə” komandaları birinci turda heç-heçə ediblər. Digər pillələrdə müvafiq olaraq, xalı olmayan “Səbail”, “Sabah” və “Sumqayıt” klubları qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]