Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar
Bakı, 22 iyul, AZƏRTAC
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışlarına start veriləcək.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynova (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qüvvəsini sınayacaq.
Mübarizəyə 1/4 finaldan başlayacaq Avropa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq.
Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq.
Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna isə 19:00-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]