Bu gün dünya çempionatında daha iki cüdoçumuz tatamiyə çıxacaq
Bakı, 25 avqust, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə qızlar və oğlanlar arasında iki çəki dərəcəsində iki cüdoçumuz tatamiyə çıxacaq.
Qızlar arasında 63 kiloqramda Kamilla Toholiyeva, oğlanlar arasında isə 73 kiloqramda Süleyman Şükürov güclərini sınayacaqlar.
İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]