Bu gün millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Zeistdə təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək. Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcəklər. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda birinci pillədə qərarlaşacaq.
Püşkatmada Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]