Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə Almaniyanın “Leyptsiq” klubu öz meydanında İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. Bu komandalar arasında İngiltərədə keçirilən görüşdə “Leyptsiq” minimal hesabla qalib gəlmişdi - 1:0. Leyptsiq təmsilçisinə bu oyunda qolsuz heç-heçə də sərf edir. Londonlular isə növbəti mərhələyə çıxmaq üçün rəqib qapısından iki cavabsız top keçirməlidirlər.
Günün digər görüşündə İtaliyanın “Atalanta” klubu səfərdə İspaniyanın “Valensiya” komandasının qonağı olacaq. İlk görüşdə İtaliya səfərindən böyük hesablı (1:4) məğlubiyyətlə qayıdan “Valensiya” öz qapısını toxunulmaz saxlamaqla üç top fərqi ilə qalib gəlməlidir.
Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]