Bu həftə Latviyada koronavirusun böyük ocağı aşkar edilməyib
Riqa, 10 oktyabr, AZƏRTAC
Ötən həftə COVID-19 infeksiyasının bir neçə böyük ocağı müəyyən edilsə də, bu həftə hələlik bir dənə də olsun böyük ocaq aşkar edilməyib.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzin Yoluxucu Xəstəliklərin Risk Təhlili və Profilaktikası Departamentinin rəhbəri Yuri Perevoşikov məlumat verib.
Mütəxəssis ocaqların indi insanların yaşayış yerində və ya əmək kollektivlərində əmələ gəldiyini qeyd edib.
Avropa İttifaqı (Aİ) ölkələri arasında koronavirusa yoluxma hallarının sürətlə artımı əvvəlkitək Latviyada olsa da, yoluxma səviyyəsinin özü hələ də aşağı səviyyədə qalmaqda davam edir.
Epidemioloqun sözlərinə görə, Latviyada son həftə ərzində COVID-19-a yoluxma artımı 175 faiz təşkil etdiyi halda, Aİ üzrə ortalama olaraq bu göstərici 24 faiz təşkil edir. Litvada son həftə ərzində koronavirusa yoluxma artımı 9 faiz, Estoniyada isə 2 faiz təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]