Bu il Birləşmiş Ştatların gündəlik neft hasilatı 11,45 milyon barrel olacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların bu ilə dair gündəlik xam neft istehsalına dair proqnoz artırılıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,45 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,4 milyon barrel idi.
Gələn il isə ABŞ-da neft hasilatının sutkada 11 milyon barrelə düşəcəyi gözlənilir.
Digər tərəfdən, Meksika Körfəzində hasilatın bərpa olunmasından sonra ABŞ xam neft hasilatı bu ilin sentyabr ayında gündəlik 11,2 milyon barrel olub, 2021-ci ilin ikinci rübündə 11 milyon barrel, dördüncü rübdə isə yenidən 11,2 milyon barrel təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]