Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il dünyada ən qızmar yay müşahidə olunub

Bu il dünyada ən qızmar yay müşahidə olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Artıq geridə qalan üç ay - iyun, iyul və avqust indiyədək aparılan müşahidələrin tarixində ən qızmar yay dövrü kimi qeydə alınıb.

AZƏRTAC BMT Xəbərlərinə istinadla xəbər verir ki, bu barədə “Kopernik” İqlim Dəyişikliyi Xidməti məlumat yayıb. Bununla belə, dəniz səthindəki qlobal temperatur artıq ardıcıl olaraq üç aydır ki, indiyədək qeydə alınmadığı qədər yüksək həddədir, Antarktikadakı dəniz buzlağının uzunluğu isə ilin bu mövsümündə ən rekord aşağı səviyyədə qalmaqda davam edir.

Rekord həddə çatan ən isti yay barədə məlumatları BMT başçısı belə şərh edib: “Planetimiz, bir müddət əvvəl qaynama mövsümü ilə üzləşməli olub - bu ilin yayı indiyədək müşahidə edilən ən qızmar yaydır. İqlim böhranı başlayıb”.

O xatırladıb ki, alimlər qazıntı yanacağından asılılığın nə ilə nəticələnəcəyi ilə bağlı artıq xeyli vaxtdır ki, xəbərdarlıq ediblər. Baş katibin sözlərinə görə, iqlim dəyişikliyi o qədər sürətlə davam edir ki, biz yeni hava şərtlərinə uyğunlaşmağa fürsət tapa bilmirik, ekstremal hava hadisələri planetin hər bir yerində qeydə alınır.

“Temperaturun kəskin artması müvafiq tədbirlərin görülməsini zəruri edir. Liderlər artıq indidən iqlim dəyişiklikləri ilə bağlı mübarizə tədbirlərini gücləndirməlidir. Bizim bu iqlim xaosu şəraitində baş verə biləcək kəskin böhrandan çıxış yolumuz hələ ki var, lakin biz bir dəqiqəmizi belə itirə bilmərik”, - BMT rəhbəri deyib.

Meteoroloqlar qeyd edirlər ki, bu ilin arxada qalan avqust ayı indiyədək müşahidə edilən ən qızmar avqust ayı (müqayisə zamanı ortaya çıxan fərq böyükdür) və 2023-cü ilin iyulundan sonrakı ən qızmar ay kimi qeydə alınıb. Ekspertlərin qiymətləndirmələrinə əsasən, avqustda temperatur sənayeyəqədərki dövrün orta göstəricisindən təxminən 1,5 dərəcə Selsi yüksək olub (1850-1900-cü illər).

Ümumilikdə, avqustda bütün digər aylarla müqayisədə dəniz səthində 20,98 dərəcə Selsiyə çatan ən yüksək qlobal orta aylıq temperatur müşahidə edilib. Bu göstərici avqust ayının hər günü təkrarlanmaqla, 2016-cı ilin mart ayında qeydə alınan əvvəlki rekordu üstələyib.

Antarktikada dəniz buzlağının uzunluğu ilin bu mövsümü üçün rekord göstərici nümayiş etdirərək, aylar üzrə göstəricidən 12 faiz az olub və ən aşağı səviyyədə qalmaqda davam edib, bu isə bugünkü gündə, 1970-ci ilin sonundan aparılan peyk müşahidələrinin başlandığı andan indiyədək qeydə alınan ən böyük mənfi anomaliyadır.

“Cənub yarımkürəsində Antarktika dəniz buzlağının uzunluğu demək olar ki, ən aşağı səviyyəyə malik olub, dəniz səthindəki qlobal temperatur isə yenə də yeni rekord göstəriciyə yüksəlib. Qeyd etmək lazımdır ki, bu dəyişiklik, özünü tam ölçüdə adətən öz inkişaf dövrünün ikinci ilində büruzə verən El-Ninyo hadisəsi ilə əlaqədar müşahidə edəcəyimiz tam istiləşmə prosesindən əvvəl baş verməkdədir”, - deyə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi professor Petteri Taalas bildirib.

Arktikada dəniz buzlağının uzunluğu avqust ayında orta göstəricidən 10 faiz aşağı, lakin 2012-ci ilin avqustunda qeydə alınan rekord minimum göstəricidən xeyli yuxarı olub.

Ekspertlər, həmçinin bildirirlər ki, yanvar-avqust dövrünə aid məlumatların qiymətləndirilməsinə əsasən, bugünədək 2023-cü il El-Ninyo hadisəsi ilə əlaqədar 2016-cı ildə baş vermiş güclü istiləşmədən sonra ikinci ən isti il sayılır.

“2023-cü ilin ilk səkkiz ayı ərzində biz indiyədək müşahidə edilən ikinci ən isti ili yaşayırıq, o, sadəcə olaraq, 2016-cı ildən bir qədər sərin keçir, - deyə, “Kopernik” Xidmətinin direktoru Karlo Buontempo bildirib.

“Bizim müşahidə etdiyimiz hal təkcə yeni ekstremal iqlim hadisəsinin baş verməsi deyil, həm də bu rekord hava şərtlərinin davamlı olması, insanlara və həm də planetə öz təsirini göstərməsidir, bu göstəricilər məhz iqlim sisteminin istiləşməsinin bariz nəticəsidir”, - o, əlavə edib.

ÜMT və Britaniya Meteorologiya Bürosunun may hesabatına əsasən, növbəti beş ildən ən azı birinin indiyədək müşahidə edilən ən isti il olacağı ilə bağlı ehtimal təxminən 98 faiz təşkil edir. Qlobal temperaturun artım göstəricisinin müvəqqəti də olsa, nisbətən növbəti beş ildən ən azı birində sənayeyə qədər olan səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsini keçəcəyi ehtimalı isə 66 faizə bərabərdir.

Lakin meteoroloqların sözlərinə görə, bu, qlobal temperaturun həmişəlik olaraq sənayeyə qədər olan səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsini keçəcəyi demək deyil. Xatırladaq ki, bu rəqəm Paris İqlim Sazişində öz əksini tapıb və hələ uzun illər ərzində bu səviyyədəki uzunmüddətli istiləşməyə aid olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb