Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək VİDEO
Kəlbəcər, 12 sentyabr, AZƏRTAC
Bu il ərzində Kəlbəcər rayonuna 400 mindən çox heyvanın köçürülməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Kəlbəcərdə II Bal Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2021-ci ildən etibarən azad edilmiş ərazilərə, xüsusilə Kəlbəcərə hər il heyvan köçü həyata keçirilir.
Məcnun Məmmədov bildirib ki, yeni salınan kəndlərdə və kəndətrafı ərazilərdə fermaların yaradılması üçün torpaq sahələri ayrılır. Bu imkanlardan istifadə etməklə köçürülən fermerlərin yeni təsərrüfatlar yaratması planlaşdırılır.
Müxbirlər - Pərvanə Qafarova, Gülay Nəzərova
Fotoqraf - Tofiq Babayev
Videooperator - Mirrəsul Cəfərov