Bu ilin 6 ayında 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib
Bakı, 27 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında 604 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Daha sonra növbəlilik qaydasına uyğun olaraq mal və materiallarla təminat prosesi həyata keçirilir.
Qeyd edək ki, həmin dövrdə ümumilikdə 6791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2020 qadın və digər kateqoriyalardan olan şəxslər bu proqrama cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]