Budapeşt Brüsseli Kiyevə yardımı dayandırmağa çağırıb
Budapeşt, 13 noyabr, AZƏRTAC
Brüssel artıq bir neçə ildir ki, Avropa xalqının pullarından istifadə edərək, Ukrayna dövlətini maliyyələşdirir. Bu arada Ukraynada korrupsiya geniş yayılıb və təəccüblü deyil ki, hələ heç kim Aİ-dən alınan vəsaitlərin necə xərcləndiyinə dair dəqiq hesabat görməyib. Bu dəliliyi dayandırmaq vaxtıdır, biz Avropa xalqının pullarını Ukraynaya göndərməməliyik.
AZƏRTAC MTI-yə istinadla xəbər verir ki, bu açıqlama ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib.
O, həmçinin hökumətinin Ukraynaya yeni subsidiyalar və kreditlər verilməsini nəzərdə tutan Aİ təşəbbüslərində iştirak etməyəcəyinə söz verib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]