“BÜLBÜL-VOKAL SƏNƏTİNİN ZİRVƏSİDİR” ADLI KİTAB NƏŞR OLUNMUŞDUR
Böyük sənətkarın həyat yoldaşı, Bülbülün memorial muzeyinin direktoru Adilə Məmmədovanın kitaba yazdığı “Ön söz”də maestronun musiqi sahəsində xidmətləri ətraflı şərh olunur. Bildirilir ki, Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoyan Bülbül dünya musiqi sənətində də parlaq səhifələr yazmışdır. O, Şərq və Qərb musiqi mədəniyyətinin qovuşdurulmasında əvəzsiz xidmətlər göstərmişdir.
Kitaba ulu öndərimiz Heydər Əliyevin Bülbülə və onun ailəsinə xüsusi diqqət və qayğısından bəhs edən materiallar, ümummilli liderimizin böyük musiqiçinin ev muzeyinin açılışında və 100 illik yubileyindəki çıxışları, foto-şəkilləri daxil edilmişdir.
Azərbaycan və rus dillərindəki yeni nəşrdə Bülbülə həsr edilmiş şeir və məqalələri də yer almışdır.
Bülbülün memorial muzeyi kollektivinin tərtibatında işıq üzü görən kitab görkəmli sənətkarla bağlı foto-şəkillərlə də zəngindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]