BÜRÜNC MÜKAFAT UĞRUNDA 9 AZƏRBAYCAN GÜLƏŞÇİSİ MÜBARİZƏ APARACAQDIR
Bakı, 17 iyul (AZƏRTAC). Bakıda İdman Sarayında keçirilən “Qızıl Qran-pri” turnirində yaranan fasilədən sonra yunan-Roma güləşi üzrə təsəlliverici görüşlər başlanacaqdır. Bu görüşlərdə Rövşən Bayramovun (55 kq) rəqibi Ryo Minemura (Yaponiya) olacaqdır. Əgər həmyerlimiz bu görüşdə qalib gələrsə Peter Modosla (Macarıstan ) qarşılaşacaqdır.
Bürünc mükafat uğrunda digər çəkilərdə güləşçilərimizdən Sakit Cəlilov, Cavid Abdullayev, Fuad Əliyev (hamısı - 60 kq), Emin Əhmədov (66 kq), Niyaməddin İbrahimov, Elvin Mursəliyev (hər ikisi - 74 kq), Elgiz Məmmədov (84 kq), Denis Mişin (96 kq) mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]