Buxarada keçiriləcək beynəlxalq konfransda Azərbaycanın zərgərlik sənətindən danışılacaq
Bakı, 19 may, AZƏRTAC
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mayın 19-da Özbəkistana səfər edəcək. Deputat beynəlxalq qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti festivalında iştirak etmək üçün Daşkənd və Buxara şəhərlərində olacaq.
Ülviyyə Həmzəyeva səfər çərçivəsində, həmçinin Buxara şəhərində təşkil olunacaq “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcək. O, konfransda “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda çıxış edərək fikirlərini bölüşəcək.
Deputatımız “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında keçiriləcək sessiyalara da qatılacaq.
Konfransda Milli Xalça Muzeyinin eksponatları timsalında Azərbaycan zərgərlik sənətinin növləri və texnologiyaları barədə də fikir mübadiləsi aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]