İQTİSADİYYAT
Cari ilin 6 ayında istehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb
![Cari ilin 6 ayında istehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb](/files/2023/2/1200x630/1690189139584313197_1200x630.jpeg)
Bakı, 24 iyul, AZƏRTAC
Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.
Qeyd olunub ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5 faizi, nağd qaydada olduqda isə 5 faizi istehlakçılara qaytarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]