Casusluqda ittiham olunan iki erməni ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilir
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Gevorg Sujyan cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Davit Davtyan və Gevorq Sujyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.