CAVİD ƏFƏNDİYEV DÜNYA ÇEMPİONATINDA MEDAL UĞRUNDA MÜBARİZƏ ŞANSLARINI İTİRMİŞDİR
Bakı, 24 iyul (AZƏRTAC). Çexiyanın Raçitse şəhərində keçirilən akademik avarçəkmə üzrə gənclər arasında dünya çempionatında Azərbaycan təmsilçisi Cavid Əfəndiyev bu gün dörddəbir final yürüşündə iştirak etmişdir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, birnəfərlik yüngül çəkili qayıqda mübarizə aparan 19 yaşlı avarçəkənimizin rəqibləri Kvan Hoy Lok (Honq-Konq), Mixael Maher (İrlandiya), Nemanya Nesiç (Serbiya), Alison Silva (Braziliya) və Renzo Leon Qarsiya (Peru) olmuşdur.
Əfəndiyev yarışa yaxşı başlasa da, finiş xəttinə sonuncu çatmış, 500 metr, 1000 metr və 1500 metr məsafələri müvafiq olaraq, 3-5-ci pillələrdə qət etmişdir. 2000 metr məsafəni isə 6-cı sırada qət etmişdir.
Nəticədə medallar uğrunda mübarizə şanslarını itirən idmançı çıxışını sabah C və ya D yarımfinalında davam etdirəcəkdir. Bu isə Əfəndiyevin öz kateqoriyasında 31 iştirakçı arasında 13-cü, ya da 24-cü yeri tutacağı deməkdir.
Qeyd edək ki, gənclərin dünya birinciliyində ilk dəfə mübarizə aparan Cavid Əfəndiyev seçmə mərhələdə 2-ci yeri tutaraq, dörddəbir finala vəsiqə qazanmışdır.
Yarışa iyulun 26-da yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]