CAVİD ƏFƏNDİYEV DÜNYA ÇEMPİONATINDA YARIMFİNAL MƏRHƏLƏSİNİN QALİBİ OLDU
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, Çexiyanın Raçitse şəhərində keçirilən akademik avarçəkmə üzrə gənclər arasında dünya çempionatında Cavid Əfəndiyev C/D yarımfinalında yarışmışdır. Birnəfərlik yüngül qayıqda (BLM 1X) mübarizə aparan 19 yaşlı avarçəkənimizin rəqibləri Renzo Leon Qarsiya (Peru), Bayram Sönməz (Türkiyə), Tijs Obreno (Belçika), Kilian Mentsl (Avstriya) və Xuan Kronavetter Krovato (Paraqvay) olmuşlar.
Startdan liderliyi ələ alan Əfəndiyev finiş xəttinə birinci çatmışdır. O, 2000 metr məsafəni 7 dəqiqə 6 saniyə qət edərək, dünya çempionatı ərzində ən yüksək şəxsi nəticəsini göstərmişdir. Beləliklə, avarçəkənimiz öz kateqoriyasında 31 iştirakçı arasında 13 - 18-ci yerlər uğrunda mübarizə aparmağa imkan verən C finalına vəsiqə qazanmışdır. Bu isə gənclərin dünya birinciliyində ilk dəfə çıxış edən Əfəndiyev üçün kifayət qədər yüksək nailiyyət sayıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]