Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının cənub-qərb bölgəsi Cəbrayıl rayonu da daxil olmaqla, hələ qədim zamanlardan Ön Asiyanın qüdrətli tayfa və dövlətlərinin diqqətini cəlb edib. İskitlərin Ön Asiyadan şimala və əksinə olan yürüşlərini göstərən xəritələrdə Arazboyu düzənlik (o cümlədən indiki Cəbrayıl və Zəngilan rayonlarının ərazisi) əsas hərəkət istiqamətlərindən biri kimi qeyd olunur. Daha sonralar Miletli Hekatey (e.ə. VI-V əsrlər) Araz çayı sahilində yaşayan mikilərdən, Polibi (e.ə. III-II əsrlər) Midiyadan şimalda yaşayan elimey, aniariak tayfalarından, Plutarx (I-II əsrlər) Araz çayı sahillərində yaşayan azad tayfalarından danışır. Antik və Erkən Orta əsrlərdə indiki Cəbrayıl rayonunun ərazisi Azərbaycanın qədim və ən uzun ömürlü dövlətlərindən olan Albaniyanın cənub sərhədlərində mühüm məntəqələrdən biri olub. Strateji mövqeyinə görə bu bölgə sonralar da - Ərəb Xilafətinin dağılması nəticəsində yaranan Azərbaycan Sacilər, Salarilər, Şəddadilər dövlətlərinin mövcud olduqları dövrdə - Səlcuqlar və Azərbaycan Atabəyləri, monqol Hülakülər dövləti zamanında - Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi qüdrətli səltənətimiz olan çağlarda öz əhəmiyyətini saxlayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyib.

O bildirib ki, Cəbrayılın bütün ərazisi başdan-başa müxtəlif tarixi dövrlərə aid abidələrlə zəngindir. Təəssüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənarda qalmışdı. Yalnız ötən əsrin 70-ci illərində sistemsiz də olsa, ilkin araşdırmalar başlandı. Həmin dövrdə Araz çayı üzərində iki böyük su qovşağının (Xudafərin - uzunluğu 38 km və Qız qalası - uzunluğu 11 km) tikilməsi ilə bağlı Sovet-İran razılaşmasından sonra Cəbrayıl, eləcə də Zəngilan rayonunun ərazisindəki arxeoloji abidələri tədqiq etmək üçün R.Göyüşovun rəhbərliyi ilə kompleks ekspedisiya yaradılmışdı. Həmin illərdə Cəbrayıl rayonundakı 11 və 15 aşırımlı Xudafərin körpüləri Azərbaycanın görkəmli memarları Ə.Salamzadə və K.Məmmədzadə tərəfindən ətraflı şəkildə öyrənildi. Su qovşağı ərazisinə düşən kəndlərə (o cümlədən, Cəbrayıl rayonunun Xudafərin, Qumlax və Havalı kəndlərinə) səfərlər təşkil edildi. Tanınmış alim M.Nemətova Cəbrayıl rayonunun Şıxlar və Xubyarlı kəndlərindəki türbələrin üzərindəki kitabələri araşdırıb onların XIV əsrin əvvəllərində inşa olunduğunu, qoç fiqurları olan köhnə qəbiristanlıqların isə XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirimişdi.

Müsahibimizin sözlərinə görə, 1989-cu ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni - III dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoyuldu. Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində 20-dən çox müxtəlif dövrlərə aid yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin yoxlama qazıntılar aparıldı. Ümumiyyətlə rayon ərazisindəki abidələri bir neçə qrupa ayırmaq olar. Onların arasında ən qədimi Dağ Tumas və Şıxlar kəndi ərazisindəki mağaralardır. Qarabağ silsiləsinin cənub-qərb ətəklərində həm də hündürlüyü 1579 metr olan "Dağ Tumas" adlı zirvə də var. 1989-cu ildə kəndin ərazisində yerləşən XIII-XIV əsrlərə aid Başıkəsik gümbəzi və “Divlər sarayı” adlı mağaranı nəzərdən keçirmişdik. Qayalıqlar altında iri konusvari tavanı olan bu mağarada təmiz hava, 4-5 metr qalınlığında torpaq qatı var, qarşısında qayalar arasından çay axır, bulaqlar qaynayır. İbtidai insanın yaşayışı üçün burada hər cür əlverişli şərait olub. Təəssüf ki, qeyd olunan mağaralarda tədqiqat aparılmayıb.

Tarixçi alim qeyd edib ki, rayon ərazisində Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidələrə daha çox təsadüf edilir. Karxulu kəndi yaxınlığındakı qədim yaşayış yerinin tədqiqi bu abidənin İlk Tunc dövrünə aid olduğunu göstərir. Kənddən 1,5 kilometr şimalda Cinli dərə və İncirli bulağı adlanan yerdə də həmin dövrə aid böyük bir yaşayış məskəninin qalıqları aşkar edilib. Karxulu yaşayış yerindən cənuba tərəf uzanan təpələrin üzərində 25-ə yaxın kurqan var. Onların diametri 8-12 metr, hündürlüyü isə 0,5-1,5 metrdir. Kurqanların hamısının ətrafı 0,5 metr enində çay daşı düzümü - kromlexlə əhatələnib. Onlardan ikisi açılaraq tədqiq edilib. Birinci kurqandan Son Tunc və Erkən Dəmir dövrləri üçün səciyyəvi olan tunc düymələr və başqa bəzək əşyaları, müxtəlif gil qablar aşkarlanıb. İkinci Karxulu kurqanı (diametri 12 metr, hündürlüyü 1,2 metr) açılarkən onun mərkəzi hissəsində onlarla iri çay daşına təsadüf olunub. Daşlar təmizlənib, lakin altda heç bir dəfn izinə rast gəlinməyib. Şükürbəyli kəndinin cənubunda, Cəbrayıl-Zəngilan yolunun sağ kənarında nəhəng, hündürlüyü bəzi yerlərdə 25 metrə çatan “Torağay yalı” adlı təpə var. Bu abidənin ayrı-ayrı hissəsindəki kəsiklərdən mədəni təbəqənin qalınlığının 10 metrə çatdığını görmək olar. Təpənin trapesiya şəklində olan səthində, yamac və ətəklərində Tunc, Erkən Dəmir, Antik və Erkən Orta əsrlərə aid çoxlu keramika nümunələrinə təsadüf edilir.

T.Əliyev bildirib ki, Cəbrayıl rayonunun ərazisində Erkən Dəmir dövrü abidələri də çoxdur. Qalacıq və Qışlaq yaşayış məskənləri, Niftalılar, Qışlaq, Hovuslu, Şıxlar kəndlərinin ətraflarındakı kurqanlar belə abidələrdəndir. Cəbrayıl-Sirik şose yolunun sağ tərəfində, Çaxmaxlı çayının sol sahilində yerləşən geniş “kurqan çölü” xüsusilə diqqəti cəlb edir. Bu kurqanlardan bəziləri hələ sovet dönəmində üzüm bağları salınarkən dağılıb, onlardan tapılan əşyalardan bir qismi rayon diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən toplanaraq muzeyə gətirilib. Həmin materiallar arasında tunc və dəmirdən şeşpər, xəncər tiyəsi, ox ucu, bıçaq-qəmə, döyüş yabası və s. silahlar var. 1989-cu ildə Niftalı kurqanlarından biri - hündürlüyü 1,2 metr, diametri 6 metr olan, azacıq torpaq qarışığı olmaqla girdə və xırda daşlardan tökülmüş kurqan qazılıb öyrənilib. Burada kurqanaltı qəbir çalasının dörd bir yanına səliqə ilə daş düzülüb, mərhum sol böyrü üstə bükülü vəziyyətdə dəfn olunub. Qəbir avadanlığı qara cilalı və xaşal gövdəli gil qablardan (onlardan biri qapaqlı və dörd ayaqlıdır), iki ədəd tunc xəncər tiyəsindən, tunc kəmərin qırıqlarından, pasta və mərmərə oxşar dağ xrustalından muncuq və başqa bəzək əşyalarından ibarətdir. Bu nümunələrin müqayisəli təhlili tədqiq olunan kurqanın Erkən Dəmir dövrünə aid olduğunu göstərir.

Cəbrayıl rayonunun ərazisində üç müdafiə tikilisi də qeydə alınıb: Sirik kəndindən təxminən 2 kilometr şimalda, Çaxmaqlı çayının sol sahilində, Tey dağının zirvəsində Sirik qalası, Tatar kəndi yaxınlığında, Tey dağının başqa bir zirvəsi üzərində “Qızıl qaya” adlı qala və Qalacıq kəndindən cənubda, Sirik kəndinə gedən yolun kənarında Qaladağ.

“1989-cu ildə Cəbrayıl rayonuna arxeoloji səfər zamanı son orta əsrlərə aid yaşayış yerləri haqqında (Dulusxana və Hasanlı düzü), Şıxlar və Xubyarlı türbələri, Başıkəsik gümbəz haqqında məlumat toplanılıb, Molla Vəli Vidadinin vaxtilə müəllimlik etdiyi Çələbilərdə möhtəşəm tikili kompleksləri də nəzərdən keçirilib. İslam mədəniyyətinə aid abidələrlə (orta əsrlərə aid qəbiristanlıq və türbələr) zəngin olan Xubyarlının “Türk qəbiristanlığı” adlandırılan sahəsi Bünyadlı kəndinin ərazisinə daxil edilib. İşğal ərəfəsində bu kəndin erməni əhalisi buradakı türbələri, XVIII-XIX əsrlərə aid qəbiristanlıqdakı başdaşılarının əksəriyyətini sındırıb dağıdıblar.

Cəbrayıl rayonu ərazisində dini təyinatlı abidələr də çoxdur. Xanəgah, məscid, türbə və məqbərələrlə yanaşı, rayonda 40-a yaxın ziyarətgah var. Bu günlərdə Cəbrayılın Azərbaycan Ordusu tərəfindən azad olunmuş Böyük Mərcanlı kəndində Lalə ocağı, Horovlu kəndində Qan ocağı, Sarı ocaq və Çələbi ocağı, Çaxırlı kəndində Yel ziyarətgahı, Cəbrayıl şəhəri yaxınlığında Ağoğlan ziyarətgahı, Xubyarlı piri və başqa abidələr yerli əhali arasında dini-inanc yeri kimi böyük əhəmiyyət kəsb edir. İşğal dövründə daha çox zərər görən mədəni irsimiz arasında İslam mədəniyyəti nümunələri olan abidələrimiz çoxluq təşkil edir. Əminəm ki, işğalın nəticələri araşdırılarkən bu abidələrimizə qarşı yönəldilən vandalizmin şahidi olacağıq”, - deyə alim bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub