Cəlal Eynullayev: “Yüksəliş” müsabiqənə qoşulanlar arasında iqtisadçılar üstünlük təşkil edir
Bakı, 29 iyun, AZƏRTAC
Artıq üçüncü ildir ki, “Yüksəliş” müsabiqəsi baş tutur. İstər dövlət, istərsə də özəl sektordan qoşulan iştirakçıların nəticələrini görürük. Gənclər yarışmada öz səriştələrini nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Yüksəliş” müsabiqəsinin eksperti Cəlal Eynullayev deyib. Onun sözlərinə görə, müsabiqəyə qoşulanlar arasında iqtisadçılar üstünlük təşkil edir: “Lakin müsabiqəyə müraciət edənlər arasında, demək olar, hər sahədən iştirakçı var. Qaliblər arasında orta məktəb müəllimləri, həkimlər də yer alır”.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:16]
Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
- 10.08.2026 [13:10]
Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı
- 10.08.2026 [13:08]
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir
- 10.08.2026 [11:06]
BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]