Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da saat 14 radələrində Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.
Yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub. Hazırda yanğının söndürülməsi istiqamətində görülən tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]