Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏZİZ ƏZİZOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Ölkəmizin hər yerində olduğu kimi, Dövlət proqramının icrası Cəlilabad rayonunun da inkişafına güclü təkan vermişdir.

Möhtərəm cənab Prezident!

Sizə hesabat verərək bildirmək istəyirəm ki, göstərdiyiniz qayğı və diqqət nəticəsində son 5 ildə rayonumuzun inkişafının bütün göstəriciləri yüksələn xətlə davam etmişdir. Sizin birbaşa köməyiniz, rayona etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıqlar nəticəsində Dövlət proqramında Cəlilabad rayonu üzrə nəzərdə tutulmuş tədbirlərdən qat-qat artıq işlər görülmüşdür.

2003-cü illə müqayisədə 2008-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 4,6 dəfə, sənaye məhsulları istehsalı 3,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,3 dəfə, orta aylıq əmək haqqı isə 4,6 dəfə artmışdır.

2004-2008-ci illərdə rayonda 57 istehsal və 383 xidmət obyekti istifadəyə verilmişdir. Həmin dövrdə 22 min 192 yeni iş yeri açılmışdır ki, onun da 13 min 116-sı daimidir. Bu sahədə tapşırığınızın icrası üçün bütün imkanlardan maksimum istifadə olunur. Tikintisi davam edən istehsal və sosial təyinatlı bir neçə obyektin istifadə verilməsindən sonra əhalinin məşğulluğunu təmin etmək üçün daha böyük imkanlar yaranacaqdır.

Möhtərəm cənab Prezident!

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Həmişə kəndə, onun sadə insanlarına qayğısını əsirgəməyən ulu öndərimiz torpağı kəndliyə qaytarmaqla onu yenidən bu torpaqların sahibi etdi. Siz isə, cənab Prezident, kəndlinin toxum, gübrə, damazlıq heyvanları, yanacaq, texnika ilə təmin edilməsinə dövlətimizin dəstəyini verməklə bu sahədə çalışan 100 minlərlə əhaliyə yeni həyat, yeni nəfəs verdiniz, onları ayağa qaldırdınız. Artıq aqrar bölmədə böyük canlanma əmələ gəlir, kəndlərdən şəhərlərə gedən insanlar yenidən torpağa üz tuturlar.

Kənd adamları qəbul etdiyiniz qərarların, imzaladığınız sərəncamların verdiyi imkanlardan bəhrələnərək hər il əkin sahələrini daha da genişləndirir, yüksək məhsul əldə edirlər. Son beş ildə rayonda görünməmiş miqdarda məhsul toplanmış, orta illik taxıl istehsalı 130 min tona, kartof istehsalı 110 min tona, süd istehsalı 50 min tona, ət istehsalı 10 min tona çatmışdır.

Sevindirici haldır ki, yaratdığınız münbit şərait adamlarda həm də əsl sahibkarlıq, təsərrüfatçı psixologiyası formalaşdırmışdır. Torpaq mülkiyyətçiləri artıq öz gəlir-çıxarlarını hesablamağa, daha sərfəli sahələrə üstünlük verməyə başlamışlar. Vaxtilə ənənəvi taxılçılıq və üzümçülük diyarı kimi tanınan Cəlilabadda indi faraş kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə son vaxtlar artan meylin əsas səbəbi bir tərəfdən istehsalçılara dövlətin yaratdığı şərait nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi, digər tərəfdən isə rayonda hər il istehsal olunan faraş kartofun 70-75 faizinin qonşu ölkələrə ixrac olunması və yaxşı gəlir gətirməsi ilə bağlıdır. Vaxtilə Rusiyadan kartof gətirən ölkə indi Rusiyaya kartof göndərir.

Həmişə Cəlilabada şöhrət gətirmiş üzümçülüyün yenidən inkişafı Dövlət proqramında da öz əksini tapmışdır. 1500 hektardan çox sahədə yeni yüksək məhsuldar üzüm bağları salınmış, xeyli adam işlə təmin olunmuşdur. Keçən il Qarazəncir kəndində Fransa və İtaliya istehsalı olan avadanlıqla dünya standartlarına cavab verən şərab zavodunun tikilməsi və 681 hektar əkin sahəsinin suvarılması üçün 4,2 milyon kubmetrlik Göytəpə su anbarının inşasının başa çatdırılması üzümçülüyə marağı daha da artırmışdır. Cəlilabad şərabı təkcə yerli bazara deyil, yaxın vaxtlarda artıq dünya bazarlarına da çıxa biləcəkdir.

Sahibkarlığın inkişafına ölkədə yaradılmış əlverişli şərait “Cəlilabad-broyler” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin də bərpa edilməsinə imkan vermişdir. Fabrik qısa müddətdə istehlakçılara 1379 ton yüksək keyfiyyətli quş əti satmışdır. “Aqrolizinq” ASC-nin Cəlilabad aqroservis müəssisəsinin yaradılması kənd əməkçilərinə göstərilən xidmətin səviyyəsini yüksəltmiş, onların güzəştli gübrə, toxum və mal-qara ilə təminatını yaxşılaşdırmışdır.

Cənab Prezident, Sizin tapşırığınız əsasən rayonumuzun fermerləri Bakı şəhərində hər həftə keçirilən yarmarkalara bugünədək 32 adda 1260 ton müxtəlif kənd təsərrüfatı məhsulları çıxarmışlar. Bu yarmarkalar həm maneəsiz şəkildə öz məhsulunu satmaq imkanı əldə etmiş fermerləri, həm də yüksək keyfiyyətli məhsulu bazar qiymətindən 30-40 faiz ucuz qiymətə alan Bakı sakinlərini olduqca razı salır.

Ölkənin enerji təminatını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz tədbirlər nəticəsində Astara modul tipli elektrik stansiyasının işə salınması rayonumuzun iqtisadi inkişafına əlavə təkan vermişdir. Artıq elektrik enerjisi verilişindəki bütün məhdudiyyətlər aradan qalxmış, yeni sənaye və kənd təsərrüfatı müəssisələrinin işə başlaması, mövcud obyektlərin normal fəaliyyəti üçün münbit şərait yaranmış, əhalinin sabit elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunmuşdur.

Cəlilabad ulu öndərimizin aqrar siyasəti sayəsində vaxtilə ən çox üzüm və taxıl istehsal edən rayon kimi keçmiş sovetlər birliyinə səs salmış, şan-şöhrət qazanmış, əhalisi firavan yaşamağa alışmışdı. Ulu öndərin rayonumuza göstərdiyi qayğını davam etdirərək, cənab Prezident, Siz də diqqətinizi Cəlilabaddan əsirgəməmiş, onu ölkənin ən abad diyarlarından birinə çevirmisiniz. Zəhmətkeş, qədirbilən cəlilabadlıların qürurunu bir daha onların özlərinə qaytarmısınız. Bütün bunlara görə Cəlilabad əhalisinin cavanı da, qocası da Sizə öz səmimi minnətdarlıqlarını bildirir.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən rayonumuzda tikinti-abadlıq işləri də geniş vüsət almışdır. Bilavasitə Sizin tövsiyənizlə tikilən və açılışında iştirak etdiyiniz 5 hektarlıq Heydər Əliyev seyrəngahı indi cəlilabadlıların əsl istirahət mərkəzinə çevrilmişdir. Ümummilli liderimizin parkda ucaldılmış əzəmətli abidəsi və açılışında iştirak etdiyiniz muzeyi qədirbilən cəlilabadlıların ulu öndərin xatirəsinə ehtiramının parlaq təzahürüdür. Bundan başqa, göstərişiniz əsasında ayrılmış vəsait hesabına əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə Cəlilabad şəhərində 9 hektar sahəni əhatə edən 3 park salınmış, 4 hektar sahəni əhatə edən “Xatirə” parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Cəlilabad şəhərində xalçaçılıq, tikiş, konserv, çörək, mebel və dəmir-beton məmulatı sexləri, rayonun idarə və təşkilatları üçün 10-dan artıq yeni inzibati bina tikilmişdir. İqtisadiyyatın və sahibkarlığın sürətli inkişafı, əhalinin gəlirlərinin artması son vaxtlar 6 kommersiya bankına rayonda öz filiallarını açmağa imkan vermişdir.

Əvvəllər bərbad vəziyyətdə olan avtovağzal, rayon mədəniyyət evi, rayonlararası oftalmoloji xəstəxana, qonaq evi, 9 inzibati bina əsaslı təmir olunmuşdur. Şəhərin giriş hissəsi, Ələt-Astara şosesinin Cəlilabad şəhəri ərazisindən keçən hissəsi və Heydər Əliyev prospekti yenidən qurulmuş, 15 kilometr məsafədə yeni işıqlandırma sistemi quraşdırılmışdır. Açılışında iştirak etdiyiniz və regionda bənzəri olmayan yeraltı keçidin istifadəyə verilməsi əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.

Tapşırığınızla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli 2 yaşayış binası tikilib istifadəyə verilmiş, hazırda isə 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Cəlilabad şəhərində tikilməkdə olan müalicə-diaqnostika və gənclər üçün istirahət mərkəzlərində işlər artıq sona çatır, olimpiya idman kompleksində inşaat işləri sürətlə davam etdirilir. Bu binalar əhalinin sağlamlığının qorunması ilə yanaşı, öz əzəməti və arxitektura gözəlliyi ilə də şəhərimizə xüsusi yaraşıq verəcəkdir.

Ötən dövr ərzində rayonda abadlıq işləri yeni vüsət almış, Ələt-Astara şosesinin Cəlilabad ərazisindən keçən 37 kilometrlik hissəsinə, şəhərin 26 küçəsinə, 21 kilometr kəndarası yollara asfalt döşənmiş, 182 kilometr kənd yoluna çınqıl tökülmüş, avtomobil tıxaclarını aradan qaldrmaq məqsədi ilə köməkçi yollar və piyadalar üçün səkilər düzədilmişdir.

Ulu öndərimiz deyirdi ki, yol abadlıq, mədəniyyətdir. Sizin 2007-ci il aprelin 9-da rayonumuza səfəriniz zamanı verdiyiniz tapşırığa əsasən 67 kəndi əhatə edəcək 71 kilometrlik Cəlilabad-Yardımlı avtomobil yolunun çəkilişinə başlanmışdır. Bu hər iki rayonun əhalisinin sevincinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, icazə verin bütün bu tikinti-quruculuq işlərinə görə Cəlilabad camaatının ən səmimi minnətdarlığını Sizə bir daha çatdırım.

Möhtərəm cənab Prezident!

Uzun illər diqqətdən kənarda qalmış, çoxu qəza vəziyyətinə düşmüş məktəblər Dövlət proqramının həyata keçirilməsi nəticəsində indi istilik sistemləri, müasir laboratoriyaları, idman salonları, avadanlığı olan yeni binalarla əvəzlənir. 2004-2008-ci illər ərzində açılışında iştirak etdiyiniz Alar kənd, habelə 8 kənd orta məktəblərinin binaları istifadəyə verilmiş, 4 məktəbdə 18 əlavə sinif otağı tikilmiş, 5 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Hazırda 4 kənddə hər biri 260 şagird yeri olan yeni orta məktəb binaları tikilir.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərdən əlavə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra işlər görülmüşdür. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Kövüzbulaq, Bəcirəvan, Çünzəli, Cəlayir və Ağdaş kəndlərində 1680 şagird yerlik orta məktəb binaları tikilmişdir. 2008-ci il sentyabrın 7-də rayona səfəriniz zamanı Fondun təşəbbüsü ilə Cəlilabad şəhərində tikilmiş akademik Zərifə Əliyeva adına 1100 şagird yeri olan möhtəşəm məktəb binasının açılışında iştirak etməyiniz təkcə müəllimlərin və şagirdlərin deyil, bütün rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuşdur.

Sizin təhsilə göstərdiyiniz sonsuz diqqət və qayğını sübut etmək üçün belə bir müqayisə yerinə düşər: əgər 1980-2004-cü illəri əhatə edən 25 il ərzində rayonumuzda cəmi 8 məktəb binası inşa olunmuşdursa, 2004-cü ildən sonrakı beş il ərzində 30-a yaxın məktəb binası tikilib istifadəyə verilmişdir. Bir rayonun timsalındakı bu fakt bütövlükdə respublikada məktəb binaları tikintisinin ümumi mənzərəsini xarakterizə edir. Bütün bunlar ardıcıl surətdə apardığınız siyasətin təntənəsi və cəlilabadlılara bəslədiyiniz ehtiramın bəhrəsidir. Rayonumuzda təhsilin inkişafına göstərdiyiniz böyük qayğıya görə Sizə və görkəmli ziyalı Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Son illər rayonda 600-dən çox fərdi evin tikilməsi əhalinin rifahının yüksəlməsinin əsas göstəricisi sayıla bilər. Tikilən evlər nəinki şəraiti baxımından, həm də arxitektura görünüşü ilə də 5-10 il bundan əvvəl tikilən evlərdən müqayisəyəgəlməz dərəcədə fərqlənir. Bütün bunlar Sizin müasirlik və yenilik ideyalarınızın artıq adi insanların da təfəkkürünə sirayət etdiyinə sübutdur.

Zati-aliləri!

Dövlət proqramının bəhrələrini ölkənin bütün vətəndaşları kimi hər bir cəlilabadlı ailəsi də öz üzərində hiss edir. Odur ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilər zamanı cəlilabadlılar, cənab Prezident, Sizə səs verdilər. Sizi ürəkdən sevən Azərbaycan xalqının bu seçimi son beş ildə zati-alinizin uğurlu siyasətinə, ölkənin inkişafına və tərəqqisinə verilən qiymətin bariz təzahürüdür.

Möhtərəm cənab Prezident!

Rayonumuzda olarkən demişdiniz: “İndi biz Cəlilabada yeni həyat veririk”. Bəli, həqiqətən də bu gün Cəlilabad öz xoşbəxt günlərini yaşayır, əhali müdrik Prezidentinin rəhbərliyi altında böyük ümid və inamla sabaha doğru addımlayır. Müstəqil Azərbaycanın tərəqqisi naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün bundan sonra da biz cəlilabadlılar bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium