Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cənub” qaz dəhlizi layihəsi Prezident İlham Əliyev siyasi iradəsinin qələbəsidir

“Cənub” qaz dəhlizi layihəsi Prezident İlham Əliyev siyasi iradəsinin qələbəsidir

Bakı, 9 mart, AZƏRTAC

Bu gün müasir Azərbaycan regionun sürətlə inkişaf edən dövləti kimi təkcə Avropanın deyil, dünyanın siyasi müstəvisində ciddi söz sahibinə çevrilib. Qazanılan nailiyyət təməli ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ilin sonlarından qoyulan və 2003-cü ilin axırlarından başlayaraq Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir transmilli layihənin reallaşdırılması mümkün deyil və bunu artıq hər kəs çox yaxşı başa düşür.

Bu fikirləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov “Cənub” qaz dəhlizi layihəsinin region və Avropa üçün əhəmiyyəti ilə bağlı AZƏRTAC-a məxsusi şərhində söyləyib.

Professor F.Yusifov deyib ki, Azərbaycan son 12 il ərzində regional əhəmiyyətli layihələrin həyata keçirilməsi sahəsində ciddi uğurlara, iqtisadiyyatın sürətli inkişafına, əhalinin sosial təminatının yaxşılaşdırılmasına, müharibə şəraitində olan ölkənin müdafiə qüdrətinin artırılmasına və bütövlükdə ölkədə ictimai siyasi sabitliyin ən yüksək səviyyədə təmin edilməsinə nail olub. Təməli 1994-cü ildə qoyulan və bu gün uğurla Avropanı fəth etməyə üz tutmuş enerji strategiyası isə bu uğurların əsl lokomotivi rolunu oynaya bildi. İndi Azərbaycan özünün enerji strategiyası ilə daha böyük uğurlara imza atır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşa çevrilir. Bununla da Azərbaycan praktik olaraq Qərblə tərəfdaşlığın yeni formatını müəyyənləşdirir. Bu, Azərbaycanı dünya siyasət meydanında daha güclü görünməyə, hər kəsi özü ilə daha çox hesablaşmağa aparan yeni bir formatdır. Avropa ilə əməkdaşlığın bu yeni formatı Prezident İlham Əliyevin siyasi iradəsinin qələbəsidir.

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Bir il öncə ilk toplantı da Bakıda keçirilmişdi. Üçüncü toplantının da Bakıda keçiriləcəyi labüddür. Bu təşəbbüs Prezident İlham Əliyevdən gəldi. Layihənin məhz Azərbaycan Prezidentinin siyasi iradəsi ilə reallaşması səbəbindən bu çox məntiqi və təbii bir təşəbbüs idi. Buna görə də layihə üzrə Məşvərət Şurasının toplantılarının Bakıda keçirilməsinin məqsədi əslində ötən bir il ərzində görülən və növbəti ildə görüləcək işlər barədə bu layihənin müəllifinə hesabat vermək demək idi. Belə də olmalıdır. Əks halda ətrafında 10 ildən artıq saysız-hesabsız danışıqlar, müzakirələr aparılmış və sonda dayandırılmasına qərar verilmiş NABUKKO layihəsinin taleyi yaşana bilərdi.

“Cənub” qaz dəhlizi layihəsinin də ətrafında bir neçə illər idi ki, müzakirələr gedirdi. Çünki layihə çox mürəkkəb və bütün komponentləri ilə çoxşaxəli idi. Əvvəlcə 7 ölkənin, 11 iri şirkətin iştirakı ilə ərsəyə gəlməsi nəzərdə tutulan bu layihənin reallaşdırılması üçün ona inanıb ortaya siyasi iradə qoymaq tələb olunurdu. Bunu məhz Azərbaycanın Prezidenti İlham Əliyev etdi. 2015-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməlinin qoyulması bu layihənin yolunda yandırılan yaşıl işıq idi. Bu gün artıq layihənin nəzərdə tutulan vaxtda reallaşacağı heç kimdə şübhə doğurmur. Bunu bütün tərəflər, o cümlədən həm Avropa İttifaqı, həm də qitənin enerji mənbələrinin şaxələndirilməsində çox maraqlı olan ABŞ rəsmiləri təsdiq etdilər.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında “Mən vurğulamaq istərdim ki, bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq... Biz “Cənub” qaz dəhlizini Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”, - deməsi layihənin Avropa üçün nə qədər əhəmiyyətli olduğunu tam səciyyələndirir. Qeyd edək ki, bu layihə üzrə Avropaya ilk mərhələdə nəql ediləcək qazın mənbələrinin gələcəkdə Azərbaycan, Türkmənistan, İran, İraq və digər ölkələr hesabına əsaslı şəkildə şaxələndirilməsi perspektivləri mövcuddur. Bir sözlə, “Cənub” qaz dəhlizi boru kəməri gələcəkdə ildə böyük həcmdə qazın Avropaya nəql edilməsinə imkan verəcək. Həmin həcm ilkin mərhələdə nəzərdə tutulandan 3 dəfədən də çoxdur. Bu həcmdə qazın Avropaya nəql edilməsi qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişəcək.

Məşvərət Şurasının toplantısında çıxış edən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini isə daha irəli gedərək “Cənub” qaz dəhlizi layihəsi bizim üçün enerjinin şaxələndirilməsindən daha böyük anlam kəsb edir, eyni zamanda, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyindən daha böyükdür. Bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir”, - deməsi bu layihənin reallaşmasının həm siyasi, həm iqtisadi və həm də regional əhəmiyyətinə verilən qiymət idi. Layihə tam reallaşandan sonra formalaşacaq Azərbaycan-Qərb əlaqələrinin yeni formatı isə ölkəmizə daha ciddi siyasi dividentlər gətirəcək.

Toplantıdakı yekun çıxışında Prezident İlham Əliyev Azərbaycan-Avropa münasibətlərinin inkişafını dəyərləndirərək deyib: “Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialı var. Söhbət yalnız enerji təhlükəsizliyindən getmir. Biz siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyirik. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür. Biz regionda təhlükəsizlik məsələləri, proqnozlaşdırma, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işləyirik. Fikrimcə, Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub. Biz üzv dövlətlərlə və bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi gücləndirmək istəyirik”.

Bu istəyin yüksək səviyyədə reallaşmasında Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevriləcək “Cənub” qaz dəhlizi layihəsinin rolu böyük olacaq. Layihənin nəzərdə tutulan səviyyədə reallaşması Azərbaycanın siyasi çəkisini kifayət qədər artıracaq ki, bu da beynəlxalq aləmdə həllinə bir çox hallarda ikili standartlar prizmasından yanaşılan Qarabağ probleminin çözülməsi üçün çox önəmlidir. Bir sözlə, Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə reallaşadıracağı bu möhtəşəm layihə sayəsində iqtisadiyyatın daha da gücləndirilməsinə, əhalinin sosial durumunun müasir tələblər səviyyəsinə yüksəldilməsinə, ölkənin müdafiə qüdrətinin daha da artırılmasına nail olmaqla, eyni zamanda, Qarabağ kimi taleyüklü bir problemin həllini hədəf seçib və bu gün dövlətimizin başçısı həmən hədəfə doğru inamla irəliləyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib