Cənubi Koreya şirkətinin nümayəndəsi: “Azərkosmos”a iki istiqamətdə əməkdaşlıq təklif edirik

Bakı, 25 aprel, Pərvanə Qafarova, AZƏRTAC
Biz “Azərkomos”a iki istiqamətdə - peykiniz üçün xidmətlər və gənclərin cəlb olunduğu kosmik missiyalar üçün təhsil proqramı üzrə əməkdaşlıq təklif edirik.
Bu sözləri Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) zamanı AZƏRTAC-a eksklüziv müsahibəsində Cənubi Koreyanın “Nara” kosmik şirkətinin nümayəndəsi Çon-Cu Li deyib.
"Şirkətimiz peyklərin istehsalı və peyk təsviri məlumatlarının təhlili ilə məşğuldur. Həmçinin təsvirin təhlili üçün xüsusi texnologiyamız var. “Azərkomos”un artıq öz peyki, məsafədən zondlama peyk təsvirləri var, ona görə də biz təsvirin daha yüksək olmasına öz töhfəmizi verə bilərik. Cənubi Koreyada olduğumuz üçün “CubeSat”ın istehsalı ilə məşğuluq və biz texniki cəhətdən transfer edə, eyni zamanda, peyklərin inkişafı üzrə gənc tələbələr üçün də əməkdaşlıq edə bilərik”.
Bakıya ilk dəfə səfər etdiyini bildirən koreyalı qonaq STC2025 konfransında birinci iştirakı ilə bağlı deyib: “Şirkətimiz bu yeni bazara qoşulmaqda çox maraqlıdır, çünki biz Asiyanın bir hissəsiyik. Buna görə də biz bir-birimizi, hər bir ölkəni yaxından tanımalı və onların kosmik sektorda gələcək missiyası və planlarının nədən ibarət olduğunu bilməliyik”, -deyə Çon-Cu Li sözlərini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2025 [18:32]
Bakıda daha bir marşrutun avtobusları yenilənir
- 24.05.2025 [11:04]
Dünya birjalarında neft bahalaşıb
- 24.05.2025 [10:55]
Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb
- 24.05.2025 [10:27]
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb
- 23.05.2025 [21:20]
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
- 23.05.2025 [19:28]
Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
- 23.05.2025 [18:45]
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Şəkidə ikimərtəbəli ev yanıb
- [19:47]
“Napoli” İtaliya çempionu olub
- [00:49]
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
- 23.05.2025 [23:54]
Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb
- 23.05.2025 [23:18]
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib
- 23.05.2025 [22:32]
Orlov vilayətində helikopter qəzaya uğrayıb
- 23.05.2025 [22:04]
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var
- 23.05.2025 [21:54]
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib
- 23.05.2025 [21:46]
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
- 23.05.2025 [21:20]
Tat-evi monastırının qaranlıq tarixi
- 23.05.2025 [21:14]