Cənubi Koreyada tələbələr aksiya keçirirlər
Bakı, 19 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın 3 ən nüfuzlu universitetinin tələbələri ailə üzvlərinin korrupsiya əməlində adı hallanan Ço Kukun Ədliyyə naziri təyin edilməsinə etiraz olaraq aksiyalara başlayıblar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Seul Dövlət, Koreya və Yonsey universitetlərinin tələbləri ali təhsil ocaqlarının kampuslarında şamlar yandıraraq artıq 3 etiraz aksiyası keçiriblər. Bu gün axşama isə növbəti aksiyalar keçirilir.
Qeyd edək ki, ailə üzvlərinin korrupsiya əməlində adı keçən Ço Kukun Ədliyyə naziri təyin edilməsi Cənubi Koreya ictimaiyyətində böyük narazılığa səbəb olub. Prokurorluq hazırda Çonun ailə üzvlərinin korrupsiya əməlləri, habelə onun həyat yoldaşının qızları üçün qanunsuz yolla kollec sertifikatı düzəltdirməsi iddiaları barədə təhqiqat aparır. Sentyabrın 6-da parlamentdə keçirilən müzakirələrdə Ço Kuk həmin əməllərdə iştirakını rədd edib. Sentyabrın 9-da isə Prezident Mun Ce-in onu Ədliyyə naziri təyin edib.
"Realmeter" təşkilatının ölkə üzrə keçirdiyi rəy sorğusunda iştirak edənlərin 55,5 faizi Ço Kukun nazir təyin edilməsinin yanlış qərar olduğunu bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]