Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazda baş verən siyasi proseslər regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir ŞƏRH

Cənubi Qafqazda baş verən siyasi proseslər regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir  ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Cənubi Qafqaz bölgəsi elə bir mərhələyə daxil olur ki, ayrı-ayrı ölkələrdə baş verən siyasi proseslər artıq birbaşa regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq artıq daxili siyasi mübarizə çərçivəsindən çıxaraq daha geniş strateji seçim xarakteri alır. Əslində söhbət təkcə hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın gələcək inkişaf yolunu - sülhə doğru dönüşü, yoxsa qarşıdurma məntiqinin qorunmasını müəyyən edəcək bir növ geosiyasi referendumdan gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırkı mərhələnin əsas xüsusiyyəti Ermənistan cəmiyyətində dərin parçalanmanın mövcudluğudur. Bu gün ölkədə iki əsas istiqamət aydın şəkildə müşahidə olunur və onların hər biri müxtəlif formalarda inkişaf imkanlarını məhdudlaşdırır. Birinci istiqamət Baş nazir Nikol Paşinyanın irəli sürdüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində “Real Ermənistan” konsepsiyasına əsaslanan xətdir. Bu yanaşma formal olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və regionda sülhün təmin olunmasına yönəlib. Lakin praktikada bu siyasət ehtiyatlılıq və ziddiyyətlərlə müşayiət olunur. Paşinyan bir tərəfdən Bakının irəli sürdüyü hüquqi təminat tələbləri, digər tərəfdən isə daxildə güzəştlərin siyasi sabitliyə təhlükə kimi qəbul edilməsi fonunda balans axtarmağa məcburdur. İkinci istiqamət isə revanşist qüvvələrlə bağlıdır. Bu düşərgə uydurma “böyük Ermənistan” ideologiyasını gündəmdə saxlamaqla cəmiyyətdə emosional mobilizasiyaya çalışır. Bu prosesdə dini amildən və simvolik ritorikadan aktiv şəkildə istifadə olunur. Etiraz aksiyalarında kilsə nümayəndələrinin iştirakı ölkədəki identiklik böhranının dərinliyini bir daha göstərir. Lakin bu qüvvələrin əsas zəif tərəfi gələcəyə yönəlik real proqram təqdim edə bilməmələridir - təklif olunan model artıq iflasa uğramış keçmişə qayıdışdan ibarətdir.

Milli Məclisin deputatının fikrincə, bu kontekstdə Azərbaycanla sülh sazişinin perspektivləri xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha aydın görünür ki, sadəcə sənədin imzalanması uzunmüddətli sülh üçün kifayət deyil. Problemin kökü Ermənistan dövlətçiliyinin hüquqi əsaslarında dayanır. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir və həmin sənəddə Azərbaycana qarşı iddiaları yer alır. Bu vəziyyətdə istənilən sülh sazişi Ermənistanın öz daxili hüquqi sistemi baxımından mübahisələndirilə bilər və gələcəkdə siyasi və ya məhkəmə qərarları ilə qüvvədən düşə bilər. Məhz buna görə də Azərbaycanın mövqeyi prinsipial və praqmatik xarakter daşıyır. Söhbət, sadəcə, danışıqlar prosesinin formal yekunlaşmasından deyil, uzunmüddətli və dayanıqlı sülhün hüquqi əsaslarının yaradılmasından gedir. Konstitusiya səviyyəsində ziddiyyətlər aradan qaldırılmadan əldə edilən razılaşmalar yalnız müvəqqəti siyasi bəyanatlar olaraq qalacaq.

S.Fətəliyeva qeyd edib ki, Ermənistanda gedən proseslər ikili xarakter daşıyır. Bir tərəfdən, sərhədlərin delimitasiyası istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Digər tərəfdən isə daxili siyasi gündəlik göstərir ki, ən həssas qərarların qəbulu məqsədli şəkildə təxirə salınır. “Dördüncü Respublika” konsepsiyası və yeni Konstitusiyanın qəbulu ideyası hələlik daha çox siyasi ritorika səviyyəsində qalır, mümkün referendum isə seçkilərdən sonrakı dövrə ötürülür. Bu yanaşma hakimiyyətə qısa müddətdə riskləri azaltmağa imkan versə də, əsas problemlərin həllini gecikdirir.

"Belə şəraitdə sülh perspektivləri ilə bağlı sual daha konkret məna kəsb edir. İrəliləyiş mümkündür, lakin bu, formal və ya birtərəfli ola bilməz. Ermənistanın beynəlxalq aləmdə “sülh tərəfdarı” imici real addımlarla, ilk növbədə, hüquqi sahədə dəyişikliklərlə təsdiqlənməlidir. Əks halda, xarici ritorika ilə daxili siyasət arasında ziddiyyət qalmaqda davam edəcək. Azərbaycan üçün isə bu proseslər taktiki deyil, strateji əhəmiyyət daşıyır. 2026-cı il Ermənistan üçün seçim nöqtəsinə çevrilir. Ya regionda formalaşan yeni reallıqlara uyğunlaşaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini qəbul etmək, ya da keçmişin ideoloji yükünün girovuna çevrilmək. Nəticə etibarilə, Cənubi Qafqazda dayanıqlı sülh yalnız Ermənistanda dərin institusional dəyişikliklər fonunda mümkün ola bilər. Konstitusiya islahatı və ərazi iddialarından qəti imtina müasir dövlət quruculuğunun ayrılmaz şərtidir. Bu addımlar atılmadan istənilən sülh təşəbbüsü yalnız daxili siyasi konyukturaya xidmət edən taktiki manevr kimi qiymətləndiriləcək və regionda real sabitliyin təmin olunmasına xidmət etməyəcək", - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH