Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənublu şair və yazıçıların Xocalı harayı

Cənublu şair və yazıçıların Xocalı harayı

Bakı, 22 fevral, AZƏRTAC

Xocalı soyqırımına Cənubi Azərbaycanın şair və yazıçıları heç vaxt biganə qalmayıblar. Onlar Qarabağda erməni ekstremistləri tərəfindən törədilən özbaşınalıqlara qarşı etiraz yanğılarını xalqın idealı ilə qovuşduraraq təcavüzkarlara qarşı bədii ittiham aktına çevirıblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyevanın “Cənublu şair və yazıçıların Xocalı harayı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İsmayıl Məhəmməd Sani Herizin (Məhəmmədlinin), Məhəmmədtağı Qasımi Neməti Aqşin Ağkəmərlinin, Əli Daşqının, İşıq Qaradağlı – Bəhram Mustafayinin, Ümüd Zəncanlının, Cavad Heyətin, Səməd Sərdariniyanın, İsmayıl Hadinin və başqalarının əsərləri öz kəskinliyi ilə seçilir. Onlar ermənilərin axın-axın Qarabağa gətirilib orada yerləşdirildiyini, azərbaycanlıları ata-bala yurdundan qovmalarını, onlara amansız işgəncələr vermələrini, məhv etmələrini lənətlə damğalayırlar.

Ermənilərin hər işdə mənfəət axtardıqlarını, çörəkitirən, başkəsən olduqlarını uşaqkən nənəsinin dilindən eşidən o taylı-bu taylı Azərbaycanın görkəmli şairi Əli Tudə “Qarabağ düşüncələri” şeirində onların hələ də əməllərini davam etdirdiklərini vurğulayır.

“Hönkür sazım” şeirində Qarabağın rənginin tamamilə solmasına sazını hönkür-hönkür ağladan Vətən təəssübkeşi İsmayıl Məhəmməd Sani Heriz ermənilərin hiyləgərliyindən, nankorluğundan, vəhşiliyindən “Qarabağın, aman hey” şeirində söz açaraq onları oxucularına yaxından tanıtmaq istəyir. Məhəmmədtağı Qasımi Neməti Aqşin Ağkəmərli isə “Xocalı” şeirində Xocalının, onun əhalisinin başına erməni faşistləri tərəfindən gətirilən fəlakətlərdən deməyə sözün, yazmağa qələmin belə gücünün çatmamasından şikayətlənir.

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə Əli Daşqının da qəlbini sızladıb. O, Azərbaycanın işğal edilmiş hər bir şəhər və rayonuna bir bölmə həsr etməklə 12 bölmədən ibarət böyük həcmli “Əsir torpaq-Qarabağ” adlı poema yazıb. Şair işğal altında olan şəhər və rayonların əhalisinin dərdinə yanır, düşmən tankları altında günahsız insanların, hətta uşaqların, qadınların, yaşlıların belə əzilməsi, çiçəklərin su əvəzinə insanların al qanı ilə suvarılması, yalnız canlıların deyil, cansız heykəllərin də güllələnməsi hadisələrindən dəhşətə gəlir.

“Yalan tarixin üz qarası, qara diləkli qonşunun para yanğısı” hesab etdiyi Xocalının hər daşında insan qanının izi olduğundan Ə.Daşqının ürəyi qan ağlayır. O, Xocalını “Ürəyi şan-şan olan, xalqının qanlı ayaqlarının dağlarına möhür basan şəhər!” adlandırır.

İşıq Qaradağlı – Bəhran Mustafayi bu şairlərdən fərqli olaraq birbaşa Xocalının adından danışır: “Bir gün cənnətimi talan etdilər, sanki cəhənnəmdən odlu yel əsdi. Ürəyim odlandı, nəfəsim yandı, bu zalım erməni boynumu kəsdi”.

Beynəlxalq təşkilatların susması Cənubi Azərbaycanın qələm sahiblərinin hiddətini daha da artırır. Onlar qoca-cavan, uşaq-böyük hamını ayağa qalxıb Xocalını düşməndən azad etməyə çağırırlar: “Görməsə düşməni dardan asılı, çətin ki, bağışlar bizi Xocalı...”

Azərbaycana qarşı Ermənistanın apardığı işğalçı soyqırımına göz yumulması, heç bir tədbir görülməməsi Ümüd Zəncanlının da narahatlığını artırır. O, “Qarabağım” şeirində qəzəbini qələminin gücü ilə soyutmağa çalışır: “Kar olub dünyanın qulağı bizə, yanan yox Xocalı, Şuşa, Təbrizə”.

Gündüzlər əlinə cərrah bıçağı alıb insanlara həyat bəxş edən, gecələr qələm alıb o taylı-bu taylı Vətən dərdlərindən közərən ürəyinin yanğısını vərəqlərə tökən doktor Cavad Heyəti də Azərbaycanda törədilən cinayətlərə dünyada göz yumulması hiddətləndirirdi. Onun elə dünyanın bəzi dövlət başçılarına, o cümlədən İran və Türkiyə prezidentlərinə müraciətləri bu üzdən idi. C.Heyətin Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ açıq məktubu Azərbaycan xalqına qurtuluş yolları arayan vətənpərvər yazıçının arxasında böyük dövlətlərin durduğu Ermənistanın işğalına qarşı dünya ictimaiyyətinə etiraz səsi və ədalətli tələblərin ifadəsidir. C.Heyətin böyük ürək ağrısı ilə yazdığı açıq məktubdakı: “Mən bu sözləri göz yaşlarımın qabağını ala bilmədən yazıram və bu anda Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm arzulayıram” sözlərini həyəcansız oxumaq mümkün deyil.

Ümumiyyətlə, torpaqlarımıza, xalqımızın mənəviyyatına, qürur və namusuna edilən təcavüzlər Cənubi Azərbaycanda yaranmış onlarla bayatılarda öz yanğılı ifadəsini tapıb.

Azərbaycanın, İranın tarixşünaslıq elmində böyük xidmətləri olan Səməd Sərdariniya “Qarabağın keçdiyi yol” adlı əsərində tarixi həqiqətləri əks etdirən sənədlərə istinad edərək yazır: “Azərbaycanın sərhədləri Həmədandan başlayır, Əhər və Zəncani əhatə etməklə Dərbəndə qədər uzanır. Bu ərazidə yerləşən bütün şəhər və kəndlər Azərbaycan torpağı hesab olunur!”.

S.Sərdariniyanın bu əsəri erməni təcavüzkarlarının və onların havadarlarının niyyətlərini puça çıxarmaqda böyük tarixi əhəmiyyət kəsb edir.

Behrad Behradinin redaktorluğu ilə dərc edilən “Azəri” jurnalının 2008-ci il tarixli 12-ci nömrəsində cinayətkar erməni ekstremistləri və onların havadarları kəskin tənqid atəşinə tutulur. Həmin qəzetdə Cənubi Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan İsmayıl Hadi “Kənd uşağı” imzası ilə dərc etdirdiyi “Nə demişəm belə demokrasiyə” sərlövhəli yazısında erməni ekstremistlərinin törətdikləri cinayətlərə Fransada göz yumulmasını, onların qondarma erməni soyqırımını qəbul etdirmək üçün əl atdıqları fitnə-fəsadları satirik dillə ifşa edir: “...Bilirəm ki, Fransa nə desə, nə etsə təkcə insanpərvərlik üzündəndir, siyasət-miyasətlə işi yoxdur. Necə ki, azərbaycanlıların Qarabağda ermənilər tərəfindən arvad-uşaq demədən qətl edilməsini də o üzdən qınamamaqdır. Çünki ermənilər məzlum bir xalq ikən törətdikləri cinayət eyni ədalət sayılır”.

30 ildən çox Ermənistanın işğalı altında olan Qarabağ torpaqları azad edildikdən sonra da Fransa müharibənin ilk günündən olduğu kimi, yenə də pis niyyətindən əl çəkmir, Ermənistan ordusunu başdan-ayağa silahlandırmağa, yeni-yeni təcavüzkarlıqlara sövq etməyə çalışır.

1992-ci il fevral ayının 26-da tamamilə yerlə-yeksan edilən Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri ilə erməni işğalından azad edildi. “O gündən deyirəm Azərbaycanın yadından çıxmaz yalın Xocalı” – deyən Bəhram Mustafayinin sözləri yerini aldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO