Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəsur kapitan Samid Əsgərovun qəhrəmanlıq hekayəsi VİDEO

Neftçala, 21 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni torpaqlarımızdan qovmaq idi. Elə bu müqəddəs amalla yaşayan, Vətən sevdalısı igid oğullarımızdan biri də kapitan Samid Əsgərovdur. Cəsur zabitimiz Vətən müharibəsi başlayanda məzuniyyətdə olsa da, silaha sarılıb döyüş meydanına atılır.

AZƏRTAC xəbər verir ki, ailəsi şəhid kapitan Samid Əsgərovun xatirəsini əbədiləşdirməkdən ötrü qəhrəman zabitimizin adına bulaq inşa etdirib. Bu bulaq indi Neftçalada yaşayan hər kəsin müqəddəs ziyarətgahına çevrilib. Əbəs yerə deyilməyib... Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı başdan-başa müqəddəsləşdirən Samid kimi şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Əsgərovlar ailəsinin yaşadığı evə daxil olanda qapıda bizi şəhid kapitan Samid Əsgərovun atası Gülmalı dayı qarşılayır. Həyətin giriş hissəsindən evin qarşısına kimi Samidin şəkillərindən ibarət lövhələr hazırlatdıran ata oğlunun Vətən torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqla qürur duyur. Kövrəlsə də bizə Samidlə bağlı xatirələrini danışır. Samid Əsgərov 1989-cu il oktyabrın 2-də Neftçala rayonunun Boyat kəndində dünyaya göz açıb. Bir çox yaşıdlarından fərqli olaraq Samid orta məktəb illərindən ömrünü bağlayacağı bir sənət seçir. Özü də ən gərəkli, ən məsuliyyətli və ən müqəddəs bir sənəti, hərb sənətini. Elə hərb sənətinə vurğunluğu Samidi 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirir. İlk dərs günündə müdavim formasında özünü dünyanın xoşbəxti sayır. O, burada oxuduğu illərdə ilkin hərbi vərdişlərə yiyələnir, iradəli, bacarıqlı, dözümlü olmaq kimi hərbçiyə məxsus xarakterik xüsusiyyətləri özündə tərbiyə edir. 2008-ci ildə Hərbi Liseyi yaxşı nəticələrlə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da peşəkar, təcrübəli müəllimlərindən hərb elminin sirlərini dərindən öyrənir. O, daima öz üzərində çalışır və gələcəkdə peşəkar zabit olmaqdan ötrü ixtisas fənlərini daha dərindən mənimsəyir. Samid Əsgərov 2012-ci ildə ali hərbi məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə başa vurub ordumuzun zabitləri sırasında leytenant ulduzunu çiyninə taxır. Samidin xidməti düşmənlə üzbəüz mövqedən, Ağdamda yerləşən "N" saylı hərbi hissədən başlayır. Nümunəvi zabit kimi özünü təsdiqləyən Samid hərbi təlimlərdə xüsusi bacarığı ilə seçilir. Əvvəllər kəşfiyyat tağım komandiri, sonralar isə bölük komandiri kimi Vətənə şərəflə xidmət edir. O, 2019-cu ildə kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə fəxri fərmanla təltif olunur. Düşmənlə üzbəüz mövqedə xidmət edən gənc zabit bununla iftixar hissi keçirir. Şəhid atası Gülmalı Əsgərov deyir ki, qorxubilməz və ölümün gözünə dik baxan Samid və onun döyüşçü yoldaşları Vətən, torpaq andına sadiq qalaraq Füzuli istiqamətində düşmən səddini yarıb, onları torpaqlarımızdan qovurlar: “Samid Vətənə bağlı insan idi. Füzuli rayonunda ilk erməni postuna girən zabit olub. Onların bunkerlərinə ilk daxil olan hərbçilərimizdən biridir. Bu döyüşlərdə qəhrəmancasına şəhid olub. Samid kimi igidlər öz adlarını qızıl qələmlə tarixə yazanlardır. Vətən üçün yaranmışdı Samid kimilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Samid komandir kimi hər an, hər dəqiqə döyüş əmri gözləyir, qələbə arzuları ilə yaşayırdı. Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən bir zabit kimi Samidin ən böyük arzusu məhz işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Elə bunun üçün də Vətən müharibəsi başlayanda o məzuniyyətdə olsa da, özünün istəyi ilə haqq savaşımızda iştirak etmək üçün döyüş meydanına atılır. O, sonuncu dəfə evdən çıxanda hər kəsi təəccübləndirir. Şəhid kapitanın anası Sevinc Əsgərova deyir ki, Samidin ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Bunun üçün də müharibə başlayanda cəsur zabit döyüş meydanına sevinə-sevinə, gülərək getdi: “Döyüşə gedəndə onu övladından gizli yola saldım. Elə hey gülürdü. Əvvəl bizimlə görüşməyib mindi maşına. Heç nə başa düşmədim. Sən demə, müharibə başlamışdı. Gedincə bizə heç nə də demədi. Müharibə haqqında danışmadı. Maşından düşüb evə qayıtdı, təzədən görüşdü və gülə-gülə getdi. Həmişə soruşduq, elə dedi ki, arxa cəbhədə təlim keçirəm. Sona kimi də belə dedi. Ana narahat olma, nigaran qalma”.

Samid 2015-ci ildə Nübar xanımla evlənir. Onların Kənan adında bir oğlu dünyaya gəlir. İndi ailəsi Samidin qoxusunu balaca Kənandan alır. Şəhid anası Sevinc Əsgərova deyir ki, Samid çox pozitiv və gülərüz insan idi. Həmişə nikbin düşüncələrlə yaşayırdı: “Samid haqqında bir ana olaraq mənim üçün danışmaq çox çətindir. Həyat dolu oğul idi. Sevgi dolu insan idi. Döyüşə gedəndən sonra Samidgilə getdim. Yoldaşı gətirib onun paltarlarını göstərdi mənə və dedi Samid akademiyaya hazırlaşır. Doğrusu, çox sevindim. Samiddən nə qədər danışsam bitməz. Samid mənim həyatımın ən maraqlı səhifəsi idi. Mənim sevincim Samidlə getdi”.

Sentyabrın 30-u Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən şiddətli döyüşlərdə kapitan Samid Əsgərov qəhrəmancasına şəhid olur. Cəsur zabitimizin göstərdiyi igidlik Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilir. O, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən kapitan Samid Əsgərov kimi igid oğullar hər zaman bizim qəlbimizdə yaşayacaq.

Cəsur kapitan Samid Əsgərovun qəhrəmanlıq hekayəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var