Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Ceyhun Bayramov görüş zamanı iki tərəf arasında əməkdaşlıq məsələləri, postmünaqişə dövrü ilə bağlı mövzular və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə geniş fikir mübadiləsinin aparıldığını bildirib.
Nazir qeyd edib ki, görüşdə, həmçinin ATƏT-ə üzv ölkələri və qonşu regionları əhatə edən coğrafiyada mövcud vəziyyət və mümkün həll yolları müzakirə olunub. Tərəflər etnik və dini dözümsüzlük, ölkələr arasında inamın azalması kimi aktual problemlərə toxunaraq, bu cür kövrək münasibətlər fonunda ATƏT-in qərar qəbuletmə mexanizminin yeni çağırışlara çevik adaptasiya olunması zərurəti barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]