Çad əhalisi Fransa hərbi bazasının bağlanmasını tələb edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Çad əhalisi Fransanın səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirərək, əməkdaşların ölkəni tərk etməsini tələb edirlər.
AZƏRTAC xəbər verir ki, Çad 60 il əvvəl Fransanın müstəmləkə siyasətindən canını qurtararaq azadlıq əldə edib. Lakin Fransa bu ölkənin bir sıra regionunda hərbi hissələr saxlayır.
Fransa əsgərləri Faya-Laroj şəhərində Məhəmməd Daku Həmid adlı tibb işçisini güllələyiblər. Bu hadisədən sonra yerli əhali Fransa hərbi bazasının qarşısında toplaşıblar və bazanın ölkədən çıxarılmasını tələb ediblər.
Paytaxt Nicamenada Fransa səfirliyi qarşısında da kütləvi etiraz aksiyaları başlayıb. Səfirliyin qarşısındakı avtomobil yandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]