Çavuşoğlu və Lavrov Cənubi Qafqazda vəziyyəti daha da sabitləşdirməyin yollarını müzakirə ediblər
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Romada keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı əsas diqqət Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib. Bosniya nizamlanmasının təşviqi üçün birgə addımların, o cümlədən çoxtərəfli formatların istifadəsi ilə mümkünlüyü müzakirə edildi.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq gündəlikdəki bir sıra məsələlərə və ikitərəfli münasibətlərin əsas aspektlərinə toxunulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]