Çaylarda mövcud vəziyyət araşdırılmışdır
Bakı, 14 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 14-də çayların vəziyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazda 85-140, Lənkəran-Astarada 70-140, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 567 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 290 kubmetr olmuşdur.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 415, Şirvanda 300, Salyanda 260, Bankədə 229, Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]