Çaylarda sululuqla bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 15-125, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 160 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalmışdır. Məntəqədə su sərfinin saniyədə 69 kubmetr olduğu müəyyən edilmişdir.
Kür çayının aşağı axınındakı məntəqələrdə, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində azalma müşahidə olunmuşdur.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 422, Şirvanda 313, Salyanda 285, Bankədə 242, Araz çayının Novruzlu məntəqəsində isə 185 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]